Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də
Çexiyanın maliyyə naziri Eduard Yanotanın
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Prezident İlham Əliyev
Azərbaycan-Çexiya münasibətlərinin son vaxtlar
dinamik inkişaf etdiyini, yüksək səviyyəli
qarşılıqlı səfərlərin iki ölkə
arasında əlaqələrin möhkəmləndirilməsi
baxımından əhəmiyyətli olduğunu bildirdi. Dövlətimizin
başçısı siyasi sahədə əlaqələrin
inkişafından məmnunluğunu söylədi, eyni zamanda
iqtisadi əməkdaşlığın genişləndirilməsinin
zəruriliyini vurğuladı. Prezident İlham Əliyev
Çexiyanın maliyyə nazirinin Azərbaycana bu səfərinin
iki ölkə arasında əlaqələrin daha da
inkişafına xidmət edəcəyinə ümidvar
olduğunu bildirdi.
Eduard Yanota ölkəsinin
Azərbaycanla münasibətlərinin strateji tərəfdaşlıq
xarakteri daşıdığını vurğulayaraq
Çexiya ilə Azərbaycan arasında iqtisadi sahədə,
o cümlədən maliyyə sektorunda əlaqələrin
inkişafı üçün geniş potensialın
olduğunu söylədi. O bildirdi ki, Bakıya səfərinin
əsas məqsədlərindən biri bu sahədə əməkdaşlığın
gələcək perspektivlərinə dair müzakirələr
aparmaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 24 iyul.- S. 2.