"Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa
əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 7 may tarixli 755 nömrəli Fərmanında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavələr edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 28 aprel
tarixli 806-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il
14 may tarixli 271 nömrəli Sərəncamının 1.1-ci bəndinə
uyğun olaraq qərara alıram:
"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa
əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 755 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 366) 2-ci bəndində
"ikinci" sözü "dördüncü"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyul.- S. 2.