Azərbaycan Respublikasının
Satınalmalar üzrə Dövlət Agentliyinin
strukturunun təsdiq edilməsi və
aparatının işçilərinin say
həddinin müəyyən edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikasının
Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətini
təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan
Respublikasının Satınalmalar üzrə Dövlət
Agentliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Satınalmalar üzrə Dövlət
Agentliyinin aparatının işçilərinin say həddi
40 ştat vahidi müəyyən edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə
olan qanunvericilik aktlarının bu fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.3. bu fərmandan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyul.- S.2.