Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
¹ 7, maddə 481; 2005-ci il, ¹ 5, maddə 403; 2008-ci il, ¹ 3, maddə
175, ¹ 11, maddə 970) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə
edilsin:
"8.4-1. dini qurumlara
münasibətdə qanunla nəzərdə tutulmuş qaydada
və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı nəzarət orqanının funksiyalarını
həyata keçirir;".
2. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, ¹ 8, maddə 619; 2008-ci il, ¹ 11, maddə
970) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 10.18-1-ci bənd əlavə
edilsin:
"10.18-1. poçt
xidməti göstərən müəssisələrə
münasibətdə qanunla nəzərdə tutulmuş qaydada
və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı nəzarət orqanının funksiyalarını
həyata keçirir;".
3. Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007-ci
il, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamə"yə aşağıdakı məzmunda
9.32-1-ci bənd əlavə edilsin:
"9.32-1. qeyri-hökumət
təşkilatlarına münasibətdə qanunla nəzərdə
tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı nəzarət
orqanının funksiyalarını həyata keçirmək;".
4. "Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹ 2, maddə 61) aşağıdakı əlavələr və
dəyişiklik edilsin:
4.1. həmin fərmanla
təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 8.29-1-ci bənd əlavə
edilsin:
"8.29-1. öz səlahiyyətləri
daxilində qanunla nəzərdə tutulmuş qaydada və
hallarda Nazirliyin strukturuna daxil olan müvafiq qurumlar vasitəsilə
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı nəzarət orqanının funksiyalarını
həyata keçirmək;";
4.2. həmin fərmanla
təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti
haqqında Əsasnamə"nin 8.13-cü bəndi
aşağıdakı redaksiyada verilsin:
"8.13.
sığortaçı, təkrarsığortaçı və
sığorta vasitəçiləri tərəfindən
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə əməl
edilməsinə nəzarət etmək;";
4.3. həmin fərmanla
təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət
Dövlət Xidməti haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 8.2-1-cı bənd əlavə
edilsin:
"8.2-1. qiymətli
metalların və qiymətli daşların, o cümlədən
qiymətli metallardan və qiymətli daşlardan
hazırlanmış zərgərlik və ya digər məişət
məmulatlarının alqı-satqısı ilə məşğul
olan hüquqi şəxslər tərəfindən "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə əməl
edilməsinə nəzarət etmək;".
5. Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 3, maddə 162) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 8.2.10-1-ci bənd əlavə
edilsin:
"8.2.10-1. qiymətli
kağızlar bazarının peşəkar
iştirakçıları olan brokerlər, qiymətli
kağızların idarə olunması üzrə peşəkar
fəaliyyəti həyata keçirənlər, lotereya təşkilatçısı
və investisiya fondlarına münasibətdə qanunla nəzərdə
tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı nəzarət
orqanının funksiyalarını həyata keçirmək;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyul.- S. 5.