Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2007-ci il mayın 25-də
Yalta şəhərində imzalanmış "Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı olan
dövlətlərin bədən tərbiyəsi və idman
sahəsində əməkdaşlığı haqqında
Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sazişin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Müstəqil
Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyul.- S. 2.