Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan
Respublikası və Gürcüstan arasında 2009-cu il
mayın 20-də Bakı şəhərində
imzalanmış aşağıdakı sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan
Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti
arasında əqli mülkiyyətin qorunması sahəsində
əməkdaşlıq haqqında saziş;
1.2. Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında azad ticarət haqqında 1996-cı il tarixli
sazişə dəyişiklik edilməsi haqqında Protokol.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində
göstərilən sənədlərin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində
göstərilən sənədlərin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Gürcüstan
Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il.
Azərbaycan.- 2009.- 24 iyul.- S. 2.