Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
"Heydər Əliyev" Beynəlxalq Aeroportunda, Gəncə,
Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava
limanında Rəsmi nümayəndə heyətləri
(VİP) salonunun xidmətlərindən istifadə hüququ
olan vəzifəli şəxslərin Siyahısı"na
aşağıdakı əlavələr və dəyişiklik
edilsin:
1. Dördüncü
abzasa "Azərbaycan Respublikası Hesablama Palatasının
auditorları" sözlərindən sonra ", Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədri
və onun müavini" sözləri əlavə edilsin.
2. Onuncu abzasdan "Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədri,"
sözləri çıxarılsın.
3. On yeddinci abzasa "Azərbaycan
Respublikası Memarlar İttifaqının prezidenti"
sözlərindən sonra ", Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il.
Azərbaycan.- 2009.- 24 iyul.- S. 2.