Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan
Respublikası və İsrail Dövləti arasında 2009-cu
il iyunun 28-də Bakı şəhərində
imzalanmış aşağıdakı sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan
Respublikası Hökuməti və İsrail Dövləti
Hökuməti arasında mədəniyyət, təhsil və
elm sahəsində əməkdaşlıq haqqında
saziş;
1.2. Azərbaycan
Respublikası Hökuməti və İsrail Dövləti
Hökuməti arasında informasiya və kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlıq
haqqında saziş.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində
göstərilən sənədlərin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində
göstərilən sənədlərin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə İsrail
Dövləti Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyul.- S. 2.