Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2009-cu il iyunun 3-də
Moskva şəhərində imzalanmış "Azərbaycan
Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan
Respublikası Müdafiə Nazirliyi arasında Qazaxıstan
Respublikası Müdafiə Nazirliyinin hərbi
qulluqçularının Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil
alması haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə
Qazaxıstan Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyul.- S. 2.