Azərbaycan Respublikası Prezidentinin
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Büdcə sistemi
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹10, maddə
584; 2003-cü il, ¹6, maddə 267; 2004-cü il, ¹12, maddə 979;
2005-ci il, ¹5, maddə 393; 2006-cı il, ¹2, maddə 67, ¹ 3, maddə
225, ¹12, maddə 1012; 2007-ci il, ¹12, maddə 1202; 2008-ci il, ¹12,
maddə 1049) aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
1. 1.1.2-ci, 4.2-ci,
12.1.5-ci, 12.1.11-ci, 16.2-ci və 18.3.1-ci maddələrdə
"təşkilati" sözü "inzibati"
sözü ilə əvəz edilsin.
2. 1.1.13-cü maddədə
"dövlət büdcəsindən" sözləri
"dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən" sözləri ilə əvəz
edilsin.
3. 1.1.19-cu maddədə
"gəlirləri" sözündən sonra ", həmçinin
dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə
mənbələri üzrə daxilolmalar" sözləri əlavə
edilsin.
4. 4.2-ci maddənin ikinci
cümləsində "qanunvericiliklə" sözü
"müvafiq icra hakimiyyəti orqanı tərəfindən"
sözləri ilə əvəz edilsin.
5. 5.4-cü və 5.5-ci
maddələr aşağıdakı redaksiyada verilsin:
"5.4. Müstəqil
mədaxil mənbələrinə malik olan məqsədli
büdcə fondlarının hesablarında ilin sonuna qalan
istifadə olunmamış vəsait növbəti büdcə
ilində onların gəlirlərinə daxil edilir.
5.5. Məqsədli
büdcə fondları müstəqil mədaxil mənbələrinə
malik olmayaraq dövlət büdcəsindən,
Naxçıvan Muxtar Respublikasının büdcəsindən
və yerli büdcələrdən ayırmalar hesabına
formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc
hissəsində əks etdirilir və onların hesablarında
ilin sonuna qalan istifadə olunmamış vəsait müvafiq
büdcələrə qaytarılır.".
6. 6-cı maddə
aşağıdakı redaksiyada verilsin:
"Maddə 6. Ehtiyat
fondları
6.1. Dövlət
büdcəsində, Naxçıvan Muxtar
Respublikasının büdcəsində və yerli büdcələrdə
nəzərdə tutulmayan xərclər, habelə dövlət
və yerli əhəmiyyətli tədbirlərin həyata
keçirilməsi üçün dövlət büdcəsinin,
Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar
Respublikası büdcəsinin və yerli büdcələrin
məbləği müəyyən edilən ehtiyat fondları
yaradıla bilər.
6.2. Dövlət
büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət
büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla,
əvvəlki ildə bu fondun xərcinin faktiki icrası nəzərə
alınmaqla müəyyən edilir.
6.3. Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi
dövlət büdcəsi gəlirlərinin 2 faizindən
çox olmamaqla müəyyən edilir. Bu fondun vəsaiti
ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət
kəsb edən tədbirlərə yönəldilir.
Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə
seçkilərin və referendumların keçirilməsinə,
habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin
təbliği məqsədilə xərclənə bilməz.
6.4. Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra
hakimiyyəti orqanının sərəncamları ilə
müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə
istifadə olunur.
6.5. Dövlət büdcəsinin
Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları
müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar
Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə
qaydaları Naxçıvan Muxtar Respublikasının
müvafiq icra hakimiyyəti orqanı, yerli büdcələrin
ehtiyat fondlarının vəsaitlərindən istifadə
qaydaları isə bələdiyyələr tərəfindən
müəyyən edilir.
6.6. Bu qanunun 6.2-ci və
6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat
fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi
layihələrin icrası cari büdcə ilindən artıq
vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin
maliyyələşdirilməsi üçün
ayrılmış vəsaitlərin istifadəsi növbəti
büdcə ilində də davam etdirilə bilər.
6.7. Bu qanunun 6.2-ci və
6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat
fondlarının vəsaitlərinin istifadə müddəti,
bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan
hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda başa
çatır.".
7. 10.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"Hər ilin dövlət
büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər
üçün xərclərin ən yüksək həddini
göstərir. İl ərzində faktiki xərclərin məbləği,
bu qanunun 18.4-cü və 19.6-cı maddələrində nəzərdə
tutulan hallar istisna olmaqla, həmin həddən çox ola bilməz.".
8. 10.4-cü maddədə
"müddəti" sözündən sonra ", bu qanunun
6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna
olmaqla", sözləri əlavə edilsin.
9. 11.2-ci maddədən
"makroiqtisadi" sözü çıxarılsın.
10. 11.3-cü maddənin
ikinci cümləsində "proqramı" sözü
"proqnozları" sözü ilə əvəz edilsin.
11. 11.4-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"Dəqiqləşdirilmiş
ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarına
müvafiq olaraq, cari ilin mart ayının 31-dək müvafiq
icra hakimiyyəti orqanı tərəfindən növbəti
il və sonrakı üç il üçün dövlət
və icmal büdcələrin ilkin ortamüddətli proqnozu
(gəlirlər, xərclər, kəsir və maliyyələşmə)
və müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dövlət investisiya proqramının ilkin layihəsi tərtib
edilir.".
12. 11.5-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"Cari ilin aprel
ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən
növbəti il üçün dövlət büdcəsinin
ilkin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri,
büdcə təsnifatının bölmələri səviyyəsində
gəlir və xərclərin yuxarı həddi, dövlət
borcları, prioritet xərclər, növbəti il və
sonrakı üç il üçün icmal büdcə
proqnozu, dövlət büdcəsinin tərtibi və
icrası prosesi üçün zəruri olan qanunvericilik
aktlarının layihələri və müvafiq icra hakimiyyəti
orqanı tərəfindən dövlət investisiya
proqramının ilkin layihəsi müvafiq icra hakimiyyəti
orqanına təqdim olunur.".
13. 11.8-ci maddəyə
aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
"Dövlət
büdcəsinin gəlirlərinin icrasını təmin edən
orqanların regional və yerli bölmələri müvafiq
icra hakimiyyəti orqanlarının
razılaşdırdığı formalara və cari il
mayın 1-dək müvafiq icra hakimiyyəti orqanının təlimat
məktubuna uyğun olaraq növbəti büdcə ili və
sonrakı üç il üçün dövlət büdcəsinin
gəlirləri üzrə proqnoz layihələrini cari il
iyunun 1-dək müvafiq icra hakimiyyəti orqanının yerli
bölmələrinə təqdim edirlər."
14. 11.9.5-ci maddədə
"proqramları" sözü "layihələri"
sözü ilə əvəz edilsin.
15. 11.10-cu maddədə
"üzrə və ortamüddətli makroiqtisadi göstəricilər,
habelə sosial, iqtisadi və investisiya proqramları"
sözləri "və sonrakı üç il üzrə
iqtisadi və sosial inkişaf proqnozları və dövlət
investisiya proqramı" sözləri ilə əvəz
edilsin.
16. 11.11-ci maddədə
"makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş
proqnozuna" sözləri "dəqiqləşdirilmiş
iqtisadi və sosial inkişaf proqnozlara" sözləri ilə
əvəz edilsin.
17. 12.1.8-ci maddədə
"proqramlarının layihələri" sözləri
"proqramının layihəsi" sözləri ilə əvəz
edilsin.
18. 12.1.13-cü,
12.1.14-cü, 12.1.15-ci və 12.1.16-cı maddələr
müvafiq olaraq 12.1.12-ci, 12.1.13-cü, 12.1.14-cü və
12.1.15-ci maddələr hesab edilsin və 12.1.14-cü maddənin
əvvəlinə "dövlət büdcəsi kəsirinin"
sözləri əlavə edilsin.
19. 14-cü maddədə
"Növbəti il üçün dövlət büdcəsinin"
sözləri "Növbəti büdcə ili üzrə
dövlət büdcəsi haqqında qanun" sözləri
ilə əvəz edilsin.
20. 15.2-ci maddədə
"Milli Bankının" sözləri "Mərkəzi
Bankının" sözləri ilə əvəz edilsin.
21. 15.3-cü maddədə
"dövlət büdcəsinin layihəsi" sözləri
"dövlət büdcəsi" sözləri ilə əvəz
edilsin və "gec olmayaraq" sözlərindən sonra
"qanunla" sözləri əlavə edilsin.
22.
Aşağıdakı məzmunda 15.5-ci maddə əlavə
edilsin:
"15.5. Cari ilin
dövlət büdcəsi haqqında qanuna əlavə və
dəyişikliklər edilməsi ilə bağlı
qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi
nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli
Məclisi qarşısında məsələ
qaldırıla bilər.
Bu əlavə və dəyişikliklər
dövlət büdcəsinə yenidən baxılması zərurətini
yaratdığı təqdirdə, bu qanunun 23.2-ci, 23.3-cü və
23.4-cü maddələrinin müddəaları tətbiq
olunur.".
23. 17.3-cü maddə
17.4-cü maddə hesab edilsin və aşağıdakı məzmunda
17.3-cü maddə əlavə edilsin:
"17.3. Müvafiq icra
hakimiyyəti orqanları tərəfindən cari il dekabrın
25-dək dövlət investisiya proqramına daxil edilmiş və
maliyyələşməsi dövlət büdcəsinin əsaslı
vəsait qoyuluşu xərclərindən həyata
keçirilən layihələrin icra vəziyyətinə
baxılır və bunun əsasında icrası növbəti
ilə keçəcək layihələr də nəzərə
alınmaqla, növbəti ilin dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu xərcləri
üçün nəzərdə tutulmuş vəsaitin
bölgüsü həmin il yanvarın sonunadək müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.".
24. 18.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"Dövlət
büdcəsinin gəlirlərinin icrasını təmin edən
orqanlar, habelə onların regional və yerli bölmələri
müvafiq icra hakimiyyəti orqanları ilə
razılaşdırılmış formalara uyğun olaraq
aylıq, rüblük və ilin əvvəlindən artan
yekunla gəlirlərin təsnifatı üzrə
hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti
orqanına və ya onun yerli bölmələrinə təqdim
edirlər.".
25.
Aşağıdakı məzmunda 18.5-ci və 18.6-cı maddələr
əlavə edilsin:
"18.5. Dövlət
büdcəsinin icrası prosesində gəlirlər və kəsirin
maliyyələşdirilməsi üzrə nəzərdə
tutulmuş vəsaitlər təsdiq edilmiş məbləğdən
az daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər
(müdafiə olunan xərc maddələri istisna olmaqla)
mütənasib şəkildə, inzibati təsnifat üzrə
xərclər isə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada azaldıla bilər.
18.6. Dövlət
büdcəsinin icrası prosesində dövlət büdcəsinin
yerli gəlir və xərclərinin tənzimlənməsi
üçün cari ilin dövlət büdcəsində nəzərdə
tutulan vəsaitin məbləği müvafiq icra hakimiyyəti
orqanı tərəfindən 20 faizədək artırıla
və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə
daxil olan vəsait qədər azaldıla bilər.".
26. 19.2-ci maddəyə aşağıdakı
məzmunda dördüncü-altıncı abzaslar əlavə
edilsin:
"Xarici valyutada
dövlət büdcəsinə daxilolmalar hər hesabat
ayının sonunda Azərbaycan Respublikasının Mərkəzi
Bankının müəyyən etdiyi manatın xarici
valyutalara nisbətdə rəsmi məzənnəsi ilə
yenidən qiymətləndirilir.
Manatın xarici
valyutalara nisbətdə məzənnəsinin dəyişməsi
nəticəsində yaranan qazanc və ya itki yenidən qiymətləndirmənin
nəticəsi kimi dövlət büdcəsinin müvafiq
hesabat dövrünün sonuna fakt üzrə onun gəlirlərində
və ya xərclərində əks etdirilir, həmçinin
dövlət büdcəsinin vahid xəzinə
hesabının qalığında nəzərə
alınır.
Yenidən qiymətləndirmə
nəticəsində yaranan qazanc və ya itki dövlət
büdcəsinin kassa icrasına aid olunmur və bu qanunun
16.1.1-ci, 16.1.16-16.1.18-ci maddələrinə uyğun olaraq təsdiq
olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul
edilmir.".
27. 19.4-cü maddənin
birinci cümləsində "əməliyyatlar"
sözündən sonra ", bu qanunun 6.6-cı maddəsində
nəzərdə tutulan hallar istisna olmaqla," sözləri əlavə
edilsin.
28. 19.9-cu maddədə "tam
həcmdə və vaxtında" sözləri "qanunla bu
gəlirlərin vergilərə cəlb edilməsi müəyyən
edildiyi halda, həmin vergiləri ödədikdən sonra tam həcmdə
və qanunvericilikdə nəzərdə tutulmuş hallar
istisna olmaqla, 2 bank günü ərzində" sözləri
ilə əvəz edilsin.
29. 20.3-cü maddənin
ikinci cümləsində "ehtiyat fondlarından"
sözləri "dövlət büdcəsinin Ehtiyat Fondunun,
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən"
sözləri ilə əvəz edilsin.
30. 20.4-cü maddədə
"gəlirlərini" sözü "gəlirlərinin
icrasını" sözü ilə əvəz edilsin.
31. 20.6-cı maddədə
"təsdiq edir" sözləri
"(aşağıdakı əsas göstəricilər
daxil olmaqla) təsdiq edir:" sözləri ilə əvəz
edilsin və aşağıdakı məzmunda
20.6.1-20.6.6-cı maddələr əlavə edilsin:
"20.6.1. müvafiq
olaraq gəlir və xərclərin icrası üzrə
ümumi məbləğ;
20.6.2. gəlirlərin mədaxil
mənbələri üzrə icrasının məbləği;
20.6.3. manatın xarici
valyutalara nisbətdə məzənnəsinin dəyişməsi
nəticəsində yaranan qazanc və ya itki;
20.6.4. funksional təsnifata
uyğun olaraq paraqraflar səviyyəsində xərclərin
icrasının məbləği;
20.6.5. dövlət
büdcəsinin kəsirinin (defisitin) və ya büdcə
artıqlığının (profisitin) yuxarı həddinin məbləği;
20.6.6. cari il yanvarın
1-nə dövlət büdcəsinin vahid xəzinə
hesabında qalığı.".
32. 23-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"Maddə 23. Dövlət
büdcəsinə yenidən baxılma və xərclərə
sekvestr tətbiq olunması
23.1. Dövlət
büdcəsinin gəlirləri və xərcləri
arasında tarazlığın təmin olunması onun tərtibinin
və icrasının, həmçinin gəlir və xərclərin
məbləğinin dəyişdirilməsi ilə
bağlı dövlət büdcəsinə yenidən
baxılmasının mühüm şərtidir.
23.2. Dövlət
büdcəsinin icrası prosesində dövlət büdcəsinə
yenidən baxılması zərurəti yarandıqda və bu
zərurətin cari il üçün dövlət büdcəsi
layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə
alınması mümkün olmamışdırsa, qanunvericilik
təşəbbüsü qaydasında və Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi
nəzərə alınmaqla cari ilin dövlət büdcəsinə
yenidən baxılması barədə Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında məsələ
qaldırıla bilər.
23.3. Dövlət
büdcəsinin icrası prosesində dövlət büdcəsinin
gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi
üzrə faktiki daxilolmalar bu qanunun 17.1-ci maddəsinə
uyğun olaraq müəyyən olunmuş rüblük
göstəricilərdən kənarlaşdıqda, dövlət
büdcəsinin icrasında ahəngdarlığın, habelə
onun gəlirləri və xərcləri arasında
tarazlığın pozulması təhlükəsi
yarandıqda və həmin halların bu qanunun 18.4-cü,
18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə
tutulan dəyişikliklər aparılmaqla aradan
qaldırılması mümkün olmadıqda, qanunvericilik təşəbbüsü
qaydasında və Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə
alınmaqla may ayının 15-dən tez və oktyabr
ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə
yenidən baxılması barədə Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında məsələ
qaldırıla bilər.
23.4. Dövlət
büdcəsinin icrası prosesində dövlət büdcəsinin
gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi
üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə
görə bu qanunun 17.1-ci maddəsinə uyğun olaraq,
müəyyən olunmuş göstəricilərdən 30 faiz
az olduqda, qanunvericilik təşəbbüsü qaydasında və
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
2-ci bəndi nəzərə alınmaqla oktyabr ayının
15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisi
qarşısında dövlət büdcəsinə yenidən
baxılaraq sekvestr tətbiq olunması barədə məsələ
qaldırılır.
23.5. Dövlət
büdcəsinin icrası barədə rüblük hesabatlarda
büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin
dövr üçün təsdiq edilmiş göstəricilərdən
20 faiz az olduqda həmin hesabatlar Azərbaycan Respublikası
Milli Məclisinin müvafiq komitələrində müzakirə
edilir.
23.6. Bu qanunun 23.2-ci,
23.3-cü və 23.4-cü maddələrinin tətbiqi ilə
bağlı dövlət büdcəsinin icra vəziyyəti
barədə Azərbaycan Respublikasının Hesablama
Palatasının rəyi olmalıdır.
23.7. Bu qanunun 23.2-ci,
23.3-cü və 23.4-cü maddələrinə uyğun olaraq,
dövlət büdcəsinə yenidən baxılarkən,
onun gəlir və xərcləri üzrə məbləğinin
büdcə gəlirləri təsnifatının, büdcə
xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının
paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə
tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
2-ci bəndi nəzərə alınmaqla
aşağıdakı sənədlər Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilir:
23.7.1. büdcə gəlirləri
üzrə dəyişiklik aparılması ilə
bağlı:
23.7.1.1. cari ilin dövlət
büdcəsi haqqında Azərbaycan Respublikasının
Qanununa əlavə və dəyişikliklər edilməsi barədə
qanun layihəsi və qanun layihəsinə dair izahat;
23.7.1.2. büdcə gəlirləri
təsnifatının paraqrafları səviyyəsində
dövlət büdcəsinin gəlirlərinin layihəsi;
23.7.1.3. cari ilin ötən
dövrü üçün dövlət büdcəsinin gəlirlərinin
icrasına dair məlumat;
23.7.2. büdcə xərcləri
üzrə dəyişiklik aparılması ilə
bağlı:
23.7.2.1. cari ilin dövlət
büdcəsi haqqında Azərbaycan Respublikasının
Qanununa əlavə və dəyişikliklər edilməsi barədə
qanun layihəsi və qanun layihəsinə dair izahat;
23.7.2.2. büdcə xərclərinin
funksional, iqtisadi və inzibati təsnifatlarının
paraqrafları səviyyəsində dövlət büdcəsinin
xərclərinin layihəsi;
23.7.2.3. dövlət
borcları və dövlət zəmanəti ilə digər
öhdəliklərə dair məlumat;
23.7.2.4. cari il üzrə
icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun
olaraq, paraqraflar səviyyəsində layihəsi;
23.7.2.5. cari ilin ötən
dövrü üçün dövlət büdcəsinin xərclərinin
icrasına dair məlumat.
23.8. Bu qanunun 23.2-ci,
23.3-cü və 23.4-cü maddələrinə müvafiq
olaraq, cari il üçün dövlət büdcəsinin təsdiq
olunmuş gəlir və xərcləri çərçivəsində,
büdcə gəlirləri təsnifatının və
büdcə xərclərinin funksional təsnifatının
bölmələri səviyyəsində dəyişikliyin
edilməsi nəzərdə tutularsa, bu halda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən aşağıdakı
sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim edilir:
23.8.1. cari ilin dövlət
büdcəsi haqqında Azərbaycan Respublikasının
Qanununa əlavə və dəyişikliklər edilməsi barədə
Qanun layihəsi və qanun layihəsinə dair izahat;
23.8.2. cari ilin ötən
dövrü üçün dövlət büdcəsinin
icrasına dair məlumat;
23.8.3. müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən digər sənədlər.
23.9. Bu qanunun 23.2-ci,
23.3-cü və 23.4-cü maddələrində nəzərdə
tutulmuş cari ilin dövlət büdcəsi haqqında Azərbaycan
Respublikasının Qanununa əlavə və dəyişikliklər
edilməsi barədə Qanun layihəsi Azərbaycan
Respublikası Konstitusiyasının 96-cı maddəsinin 5-ci bəndinə
uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim edilməklə, Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən həmin layihə daxil
olduğu tarixdən 20 gün ərzində müzakirə
olunur və səsə qoyulur.".
33. 25.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"Büdcə ili ərzində
alınan və bilavasitə dövlət büdcəsi vəsaiti
hesabına xidmət edilən dövlət borcunun məbləği,
istifadəsi və ona xidmət göstərilməsi ilə
bağlı xərclər dövlət büdcəsində əks
etdirilir.".
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyul.- S. 3.