Azərbaycan Respublikası Prezidentinin Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Dini etiqad
azadlığı haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992-ci il, ¹ 16, maddə 694; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddələr 171, 226, ¹ 4, maddə
287; 1998-ci il, ¹ 1, maddə 16; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci
il, ¹ 6, maddə 328, ¹ 12, maddə 692; 2003-cü il, ¹ 1, maddə
16; 2005-ci il, ¹ 8, maddə 684; Azərbaycan Respublikasının
2009-cu il 8 may tarixli 812-IIIQD nömrəli Qanunu) 5-ci maddəsinə
aşağıdakı məzmunda səkkizinci hissə əlavə
edilsin:
"Dini qurumlar cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasının və
terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması məqsədi ilə
onlar üçün müvafiq qanunvericiliklə müəyyən
edilmiş tədbirləri yerinə yetirməlidirlər.".
II. "Auditor xidməti
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 7, maddə
114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci
il, ¹ 3, maddə 226; 2001-ci il, ¹11, maddə 683, ¹ 12, maddə 736;
2002-ci il, ¹ 5, maddə 241; 2003-cü il, ¹ 1, maddə 21;
2004-cü il, ¹ 3, maddə 133; 2005-ci il, ¹ 8, maddə 684; 2007-ci
il, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 3, maddə 152) 13-cü maddəsinə
aşağıdakı əlavələr edilsin:
1. yeddinci abzasa "hallar"
sözündən sonra "və "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində
nəzərdə tutulmuş məlumatlar" sözləri əlavə
edilsin;
2.
aşağıdakı məzmunda on ikinci abzas əlavə
edilsin:
"Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallarda və qaydada müştərinin,
benefisiarın və səlahiyyətli nümayəndənin
eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi,
saxlanılması tələblərinə və həmin
qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların
təqdim edilməsi ilə bağlı tələblərə
riayət etmək, özünün daxili nəzarət
sistemini hazırlamaq və tətbiq etmək, bu sahədə
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş digər tədbirləri həyata keçirmək.".
III. "Valyuta tənzimi
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 7, maddə
116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci
il, ¹ 12, maddə 737; 2003-cü il, ¹ 1, maddə 1; 2006-cı il,
¹ 3, maddə 225; 2007-ci il, ¹ 6, maddə 562, ¹ 12, maddə 1216)
aşağıdakı əlavələr edilsin:
1. 9-cu maddənin
3-cü bəndinə və 11-ci maddənin 4-cü bəndinə
"Bankına" sözündən sonra ", maliyyə
monitorinqi orqanına" sözləri əlavə edilsin;
2.
aşağıdakı məzmunda 14-1-ci maddə əlavə
edilsin:
"Maddə 14-1. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması
14-1.1. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
aşağıdakı əməliyyatlar barədə məlumatları
dərhal maliyyə monitorinqi orqanına təqdim etməlidir:
14-1.1.1. cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində,
transmilli mütəşəkkil cinayətkarlığı,
habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində,
narkotik vasitələrin və ya psixotrop maddələrin
qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə
əməliyyatlarının aparılması zamanı eyniləşdirmə
məlumatlarının açıqlanması tələb
olunmayan dövlətlərin (ərazilərin) vətəndaşları,
qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri
həmin dövlətdə (ərazidə) olan şəxslər,
eləcə də göstərilən dövlətlərdə
(ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik
olan şəxslər tərəfindən valyuta sərvətlərinin
Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan
Respublikasından çıxarılması;
14-1.1.2. ilkin
çıxış məntəqəsi bu qanunun 14-1.1.1-ci
maddəsində göstərilən dövlət (ərazi)
olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən
Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan
Respublikasından çıxarılması.".
IV. Azərbaycan
Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115
nömrəli qərarı (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, ¹ 19, maddə 327; Azərbaycan
Respublikası Milli Məclisinin 1996-cı il 12 mart tarixli 37-IQR
nömrəli Qərarı; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 226; 2004-cü il, ¹ 6,
maddə 397; 2005-ci il, ¹ 8, maddə 684; 2007-ci il, ¹ 10, maddə
938; 2008-ci il, ¹ 3, maddə 152) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Auditorlar Palatası
haqqında Əsasnamə"nin 7-ci bəndinə
aşağıdakı məzmunda on altıncı abzas əlavə
edilsin:
"auditor xidməti
göstərən şəxslərə münasibətdə
öz səlahiyyətləri daxilində qanunla nəzərdə
tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı nəzarət
orqanının funksiyalarını həyata keçirir.".
V. "Notariat
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə
10; 2001-ci il, ¹ 11, maddə 687, ¹ 12, maddə 740; 2002-ci il, ¹ 5,
maddə 241, ¹ 6, maddə 328, ¹ 12, maddə 706; 2004-cü il, ¹
5, maddə 318; 2005-ci il, ¹ 4, maddə 281, ¹ 8, maddə 699, ¹ 10,
maddə 903, ¹ 11, maddə 993; 2007-ci il, ¹ 1, maddə 4, ¹ 2, maddə
69, ¹ 8, maddə 745, ¹ 11, maddələr 1053, 1075; 2008-ci il, ¹ 6,
maddə 462, ¹7, maddə 602; 2009-cu il, ¹ 1, maddə 5)
aşağıdakı dəyişiklik və əlavələr
edilsin:
1. 32-ci maddənin ikinci-onuncu
hissələri müvafiq olaraq üçüncü-on birinci
hissələri hesab olunsun və maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
"Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri
ilə bağlı məlumatlar maliyyə monitorinqi orqanına
verilir.";
2. 40-cı maddəyə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
"Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən
şübhə yaradan əməliyyatlarla bağlı
aparılan notariat hərəkətlərinin icrası maliyyə
monitorinqi orqanı tərəfindən qanunla müəyyən
edilmiş müddətdə və qaydada dayandırıla bilər.";
3.
aşağıdakı məzmunda 42-1-ci maddə əlavə
edilsin:
"Maddə 42-1. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması
Notariuslar "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada
müştərinin, benefisiarın və səlahiyyətli
nümayəndənin eyniləşdirilməsi,
verifikasiyası, məlumatın sənədləşdirilməsi,
saxlanılması tələblərinə və həmin
qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş əməliyyatlara
dair məlumatların təqdim edilməsi ilə bağlı
tələblərə riayət etməli, bu sahədə Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş digər tədbirləri həyata keçirməlidirlər.
".
VI. "İnvestisiya
fondları haqqında" Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 1, maddə 11; 2001-ci il, ¹ 12, maddə 736; 2004-cü
il, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 8, maddə 684; 2007-ci il, ¹11,
maddə 1053) aşağıdakı əlavələr və
dəyişiklik edilsin:
1. aşağıdakı
məzmunda 25-1-ci maddə əlavə edilsin:
"Maddə 25-1. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması
1. İnvestisiya fondu
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı monitorinq olunmalı pul vəsaitləri və digər
əməliyyatlar barədə məlumatları maliyyə
monitorinq orqanına təqdim edir, özünün daxili nəzarət
sistemini hazırlayır və tətbiq edir.
İnvestisiya fondu qanunla
müəyyən olunmuş hallarda və qaydada müştərinin,
benefisiarın və səlahiyyətli nümayəndənin
eyniləşdirilməsi, habelə onlar barədə əldə
olunmuş eyniləşdirilmə məlumatlarının
verifikasiyası üçün tədbirlər görməli,
məlumatın sənədləşdirilməsi və
saxlanılması tələblərinə əməl etməlidir.
2. Bu maddənin 1-ci bəndində
göstərilən tələblərdən başqa digər
tələblər "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanunu və
digər normativ hüquqi aktlar ilə müəyyən
edilir.";
2. 27-ci maddənin 1-ci bəndində
"yoxlayır" sözündən sonra ", onlar tərəfindən
müvafiq qanunvericiliyin tələblərinə əməl
edilməsinə nəzarət edir" sözləri əlavə
edilsin;
3. 31-ci maddədə
"İnvestisiya fondunun" sözləri "İnvestisiya
fondu, investisiya fondunun" sözləri ilə əvəz
edilsin.
VII. "Vəkillər
və vəkillik fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 19; 2001-ci il, ¹ 12, maddə
736; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 8, maddə
599, ¹ 10, maddə 787; 2005-ci il, ¹ 8, maddə 686; 2006-cı il, ¹
12, maddə 1005; 2007-ci il, ¹ 4, maddə 322)
aşağıdakı dəyişiklik və əlavə
edilsin:
1. 9-cu maddənin V hissəsinin
beşinci abzası altıncı abzas hesab edilsin və
aşağıdakı məzmunda beşinci abzas əlavə
edilsin:
"vəkillərə
münasibətdə öz səlahiyyətləri daxilində
qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı nəzarət orqanının funksiyalarını
həyata keçirir;";
2. 16-cı maddənin I
hissəsinə aşağıdakı məzmunda doqquzuncu abzas
əlavə edilsin:
"Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli
gələn tələblərə əməl etməlidir.".
VIII. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, I kitab,
maddə 250, ¹ 5, maddə 323; 2002-ci il, ¹ 12, maddə 709;
2003-cü il, ¹ 8, maddə 420; 2004-cü il, ¹ 3, maddə 123, ¹
5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə
901; 2005-ci il, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr
684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006-cı il, ¹
2, maddə 68, ¹ 3, maddə 225, ¹5, maddə 387, ¹ 6, maddə 478,
¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 2, maddə 80, ¹
6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə
1053, ¹ 12, maddələr 1215, 1219; 2008-ci il, ¹ 3, maddə 145, ¹
6, maddə 456, ¹7, maddə 602, ¹ 12, maddə 1049; 2009-cu il, ¹ 2,
maddə 47) aşağıdakı məzmunda 302.8-1-ci,
1078-29.9-cu və 1078-31.6-cı maddələr əlavə
edilsin:
"302.8-1. Lombard cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasının və
terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması məqsədi ilə
onun üçün müvafiq qanunvericiliklə müəyyən
edilmiş tədbirləri yerinə yetirməlidir.
1078-29.9. Broker cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasının və
terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması məqsədi ilə
onun üçün müvafiq qanunvericiliklə müəyyən
edilmiş tədbirləri yerinə yetirməlidir.
1078-31.6. İdarəçi
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri
yerinə yetirməlidir.".
IX. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab,
maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1,
maddə 24, ¹7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr
236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6,
maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab,
maddə 676; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5,
maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə
900; 2005-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹
10, maddə 904, ¹ 11, maddə 994; 2006-cı il, ¹ 2, maddələr
71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028;
2007-ci il, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr
560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11,
maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6,
maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884,
¹ 12, maddələr 1047, 1049) aşağıdakı məzmunda
316-2-ci maddə əlavə edilsin:
"Maddə 316-2. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və ya terrorçuluğun
maliyyələşdirilməsinə qarşı həyata
keçirilən tədbirlər haqqında məlumatları
yayma
316-2.1. Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına qarşı həyata
keçirilən tədbirlər haqqında şəxsə
qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya
məlum olmuş məlumatların, qanunla nəzərdə
tutulmuş hallar istisna olmaqla yayılması –
min manatdan üç
min manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
bir ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.
316-2.2.
Terrorçuluğun maliyyələşdirilməsinə
qarşı həyata keçirilən tədbirlər
haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar
etibar edilmiş və ya məlum olmuş məlumatların,
qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla
yayılması –
iki min manatdan dörd min
manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ilədək müddətə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.".
X. Azərbaycan
Respublikasının Cinayət Prosessual Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, (II kitab), maddə 585; 2001-ci il, ¹ 7, maddə 455; 2002-ci il, ¹
1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003-cü il, ¹
6, maddə 276; 2004-cü il, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹
8, maddə 598, ¹10, maddə 761; ¹11, maddə 890; 2005-ci il, ¹ 1,
maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹
10, maddə 874, ¹ 12, maddə 1079; 2006-cı il, ¹ 1, maddə 3,
¹ 2, maddə 64; ¹ 5, maddə 390; ¹ 10, maddə 847, ¹ 11, maddə
929, ¹ 12, maddə 1032; 2007-ci il, ¹ 8, maddə 756, ¹ 11, maddə
1049, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddələr
606, 607; ¹ 12, maddə 1045; Azərbaycan Respublikasının
2009-cu il 8 may tarixli 813-IIIQD nömrəli Qanunu)
aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1.
aşağıdakı məzmunda 177.3.8-ci və 177.4.5-ci maddələr
əlavə edilsin:
"177.3.8. cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılması və
ya terrorçuluğun maliyyələşdirilməsinə
şübhə yaradan əməliyyatların icrasının
dayandırılması.
177.4.5. cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və ya terrorçuluğun
maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların
icrasının dayandırılması - pul vəsaitləri və
ya digər əmlakla əməliyyatın terrorçuluğun
maliyyələşdirilməsinə yönəlməsini və
ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasını güman etməyə kifayət
qədər əsas verən təxirə salına bilməyən
hallar yarandıqda.";
2. 177.5-ci və 443.2-ci
maddələrdə "177.3.1-177.3.5-ci" sözləri
"177.3.1-177.3.5 və 177.3.8-ci" sözləri ilə əvəz
edilsin;
3. 177.5-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Müstəntiqin qərarı
istintaq hərəkətinin məhkəmənin qərarı
olmadan aparılmasının zəruriliyi və təxirə
salına bilməməyi əsaslandırılmaqla bu Məcəllənin
446.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib
edilir.";
4. 207.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"207.3. Törədilmiş
və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən
hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət
və digər peşə sahələrində xüsusi biliklərdən
istifadə etməklə yoxlanılması zərurəti
yarandıqda aşağıdakı hərəkətlər
yerinə yetirilir:
207.3.1. müvafiq
dövlət orqanları və ya auditor təşkilatlarından
mütəxəssisin ayrılmasının təmin edilməsinə
dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror tərəfindən qərar qəbul
edilir;
207.3.2. toplanmış
yoxlama materialları əsasında cinayət işinin
başlanması və ya cinayət işinin
başlanmasının rədd edilməsi haqqında qərar qəbul
edilir.";
5. 215.3.1-ci maddədə
"307-315," rəqəmlərindən sonra
"316-2.1," rəqəmi əlavə edilsin;
6. 442.2.1-ci maddədə
"şəxsi toxunulmazlıq" sözlərindən sonra
", mülkiyyət" sözü əlavə edilsin;
7. 447.3.3-cü maddədə
"177.3.4-177.3.6-cı" sözləri "177.3.4-177.3.6 və
177.3.8-ci" sözləri ilə əvəz edilsin.
XI. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə
731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr
234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, ¹ 12, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə
61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462,
466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹11, maddələr
923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr
3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401,
440, ¹6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹10, maddələr
935, 936, 938, 940, ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080,
1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, ¹ 2,
maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5,
maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr
601, 602, 605, ¹8, maddələr 699, 701, ¹ 10, maddələr 884,
885, ¹ 11, maddələr 956, 967, ¹ 12, maddələr 1045, 1047,
1049; 2009-cu il, ¹ 2, maddələr 36, 45, 49, 52, 53; Azərbaycan
Respublikasının 2009-cu il 28 aprel tarixli 804-IIIQD nömrəli
və 2009-cu il 8 may tarixli 813-IIIQD nömrəli qanunları)
aşağıdakı əlavələr və dəyişiklik
edilsin:
1.
aşağıdakı məzmunda 348-3-cü maddə əlavə
edilsin:
"Maddə 348-3. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında qanunvericiliyin pozulması
348-3.0. Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında qanunvericiliyin pozulmasına, yəni:
348-3.0.1. monitorinq
iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən müştərinin,
onun nümayəndəsinin və ya benefisiarın eyniləşdirilməsi,
verifikasiyası və məlumatın sənədləşdirilməsi
ilə bağlı tələblərə riayət
olunmamasına;
348-3.0.2. monitorinq
iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən eyniləşdirmə
sənədlərinin və pul vəsaitləri və ya digər
əmlakla əməliyyatlara dair sənədlərin
saxlanması ilə bağlı vəzifələrin yerinə
yetirilməməsinə;
348-3.0.3. hüquqi şəxs
olan monitorinq iştirakçıları və monitorinqdə
iştirak edən digər şəxslər tərəfindən
daxili nəzarət sisteminin tətbiq edilməməsinə,
yaxud tam tətbiq edilməməsinə;
348-3.0.4. monitorinq
iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən nəzarət
orqanlarının və ya maliyyə monitorinqi orqanının
qanunla müəyyən edilmiş hallarda və qaydada verdikləri
yazılı göstərişlərinin vaxtında və ya
tam icra edilməməsinə;
348-3.0.5. monitorinq
iştirakçıları və ya monitorinqdə iştirak
edən digər şəxslər tərəfindən məlumatların
təqdim edilməsinə və əməliyyatların icra
edilməməsinə dair qanunla müəyyən edilmiş tələblərin
pozulmasına görə -
vəzifəli şəxslər
səkkiz yüz manatdan min beş yüz manatadək miqdarda,
hüquqi şəxslər səkkiz min manatdan on beş min
manatadək miqdarda cərimə edilir.";
2. 360.1-ci maddədə
"348-1," rəqəmindən sonra "348-3," rəqəmi
əlavə edilsin;
3. 413.1-ci maddədə
"yol hərəkəti qaydalarının və ya
yanğın təhlükəsizliyi sahəsində"
sözləri "yanğın təhlükəsizliyi və
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində, habelə yol hərəkəti
qaydaları əleyhinə" sözləri ilə əvəz
edilsin.
XII. "Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 10, maddə 710;
2001-ci il, ¹ 9, maddə 576, ¹ 11, maddə 675; 2003-cü il, ¹ 1,
maddə 16; 2005-ci il, ¹ 4, maddə 278, ¹ 8, maddə 684, ¹ 10, maddə
908; 2007-ci il, ¹ 11, maddələr 1049, 1053; 2008-ci il, ¹ 8, maddə
699) aşağıdakı məzmunda 29.4-cü maddə əlavə
edilsin:
"29.4. Qeyri-hökumət
təşkilatı cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri
yerinə yetirməlidir.".
XIII. "Banklar
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə
130; 2005-ci il, ¹4, maddə 276; 2007-ci il, ¹ 5, maddə 401, ¹ 6, maddə
562, ¹ 11, maddə 1070; 2008-ci il, ¹ 11, maddə 960)
aşağıdakı dəyişiklik və əlavələr
edilsin:
1. 3.3-cü maddədə
"3.4-cü maddəsi" sözləri "3.4-cü və
42-ci maddələri" sözləri ilə əvəz
edilsin;
2. 16.1.9-cu və 16.2.7-ci
maddələrdə "bu qanunun," sözlərindən
sonra "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun," sözləri əlavə edilsin;
3. 25.1.4-cü maddədə
"bank qanunvericiliyinin" sözlərindən sonra "və
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinin" sözləri
əlavə edilsin;
4. 25.1.7-ci maddədə
"qəbul etmək" sözlərindən sonra ",
habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı daxili nəzarət sistemini hazırlamaq və tətbiq
etmək" sözləri əlavə edilsin;
5. 31.1-ci maddədə
"Mülki Məcəlləsinin," sözlərindən
sonra "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun," sözləri əlavə edilsin;
6. 37.1-ci maddəyə
aşağıdakı məzmunda üçüncü abzas əlavə
edilsin:
"Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə şübhə yaradan
bank əməliyyatının icrası maliyyə monitorinqi
orqanı tərəfindən qanunla müəyyən
edilmiş müddətdə və qaydada dayandırıla bilər.";
7. 41.2-ci maddənin
birinci cümləsində "sığorta nəzarəti
orqanına," sözlərindən sonra "Cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda maliyyə monitorinqi orqanına," sözləri
əlavə edilsin;
8. 42-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 42. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması
42.1. Kredit təşkilatları
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı monitorinq olunmalı pul vəsaitləri və digər
əməliyyatlar barədə məlumatları maliyyə
monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət
sistemini hazırlayır və tətbiq edir, Azərbaycan
Respublikasının qanunları və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə müəyyən
edilmiş digər tədbirləri həyata keçirirlər.
Kredit təşkilatları
qanunla müəyyən olunmuş hallarda və qaydada
müştərinin, benefisiarın və səlahiyyətli
nümayəndənin eyniləşdirilməsi, habelə onlar
barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının
verifikasiyası üçün tədbirlər görməli,
məlumatın sənədləşdirilməsi və
saxlanılması tələblərinə əməl etməlidirlər.
Anonim hesabların, o
cümlədən anonim əmanət hesablarının
açılmasına və anonim depozit sertifikatlarının
buraxılmasına yol verilmir.
42.2. Bu qanunun 42.1-ci maddəsində
göstərilən tələblərdən başqa digər
tələblər "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanunu və
digər normativ hüquqi aktları ilə müəyyən
edilir.";
9. 47.1-ci maddədə
"bu qanunun" sözlərindən sonra ", "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun" sözləri əlavə edilsin.
XIV. "Lotereyalar
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 5, maddə
309) aşağıdakı məzmunda 10.3-cü maddə əlavə
edilsin:
"10.3. Lotereya təşkilatçısı
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması məqsədi ilə onun üçün
müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri
yerinə yetirməlidir.".
XV. "Poçt
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 8, maddə
604; 2007-ci il, ¹ 5, maddə 442; 2008-ci il, ¹ 11, maddə 958)
aşağıdakı məzmunda 3.0.2-1-ci, 13-4.4.9-cu,
13-4.5.5-ci və 13-5-ci maddələr əlavə edilsin:
"3.0.2-1. pul vəsaitlərinin
köçürülməsi ilə məşğul olan
poçt xidməti göstərən müəssisələr
tərəfindən "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə
əməl edilməsinə nəzarət edir;
13-4.4.9. milli operator tərəfindən
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər
mütəmadi olaraq pozulduqda.
13-4.5.5. icazəni
almış filial və ya şöbə tərəfindən
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər
mütəmadi olaraq pozulduqda.
Maddə 13-5. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması
13-5.1. Milli operator cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı monitorinq olunmalı pul vəsaitləri və digər
əməliyyatlar barədə məlumatları maliyyə
monitorinq orqanına təqdim edir, özünün daxili nəzarət
sistemini hazırlayır və tətbiq edir, Azərbaycan
Respublikasının qanunları və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə müəyyən
edilmiş digər tədbirləri həyata keçirir.
Milli operator qanunla müəyyən
olunmuş hallarda və qaydada müştərinin,
benefisiarın və səlahiyyətli nümayəndənin
eyniləşdirilməsi, habelə onlar barədə əldə
olunmuş eyniləşdirilmə məlumatlarının
verifikasiyası üçün tədbirlər görməli,
məlumatın sənədləşdirilməsi və
saxlanılması tələblərinə əməl etməlidir.
13-5.2. Bu qanunun 13-5.1-ci
maddəsində göstərilən tələblərdən
başqa digər tələblər "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanunu və
digər normativ hüquqi aktlar ilə müəyyən
edilir.".
XVI. "Azərbaycan
Respublikasının Milli Bankı haqqında" Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 12, maddə 984; 2007-ci il, ¹ 6,
maddə 562, ¹ 10, maddə 938, ¹12, maddə 1196)
aşağıdakı məzmunda 48.1.6-1-ci maddə əlavə
edilsin:
"48.1.6-1. kredit təşkilatları
tərəfindən "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə
əməl edilməsinə nəzarət edir;".
XVII. "Qiymətli
metallar və qiymətli daşlar haqqında" Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 870; 2007-ci il, ¹ 11,
maddə 1088; 2008-ci il, ¹ 2, maddə 49, ¹ 4, maddə 249, ¹ 6, maddə
464) aşağıdakı məzmunda 17.2.7-ci maddə əlavə
edilsin:
"17.2.7. qiymətli
metalların və qiymətli daşların, o cümlədən
onlardan hazırlanmış zərgərlik və digər məişət
məmulatlarının alqı-satqısı ilə məşğul
olan hüquqi şəxslər tərəfindən "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə əməl
edilməsinə nəzarət.".
XVIII. "Əmanətlərin
sığortalanması haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 79; Azərbaycan
Respublikasının 2009-cu il 8 may tarixli 810 nömrəli
Qanunu) 2.1.2.3-cü maddəsində "qeyri-qanuni yolla əldə
edilmiş pul vəsaitinin" sözləri "cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın" sözləri ilə əvəz
edilsin.
XIX. "Sığorta fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 3, maddə
144, ¹ 7, maddə 602) aşağıdakı əlavələr
və dəyişikliklər edilsin:
1.
aşağıdakı məzmunda 6.2.9-cu maddə əlavə
edilsin:
"6.2.9. "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda maliyyə monitorinqi orqanına.";
2. 13-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"Maddə 13. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması
13.1.
Sığortaçılar, təkrarsığortaçılar
və sığorta vasitəçiləri cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı monitorinq
olunmalı pul vəsaitləri və digər əməliyyatlar
barədə məlumatları maliyyə monitorinqi orqanına təqdim
edir, özünün daxili nəzarət sistemini
hazırlayır və tətbiq edir, Azərbaycan
Respublikasının qanunları və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə müəyyən
edilmiş digər tədbirləri həyata keçirirlər.
Sığortaçılar,
təkrarsığortaçılar və sığorta vasitəçiləri
qanunla müəyyən olunmuş hallarda və qaydada
müştərinin, benefisiarın və səlahiyyətli
nümayəndənin eyniləşdirilməsi, habelə onlar
barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının
verifikasiyası üçün tədbirlər görməli,
məlumatın sənədləşdirilməsi və
saxlanması tələblərinə əməl etməlidirlər.
13.2. Bu qanunun 13.1-ci maddəsində
göstərilən tələblərdən başqa digər
tələblər "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanunu və
digər normativ hüquqi aktlar ilə müəyyən
edilir.";
3.
aşağıdakı məzmunda 29.1.10.6-cı, 95.1.5-ci və
106.1.7-ci maddələr əlavə edilsin:
"29.1.10.6.
sığortaçının fəaliyyəti zamanı
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə əməl
edilməsini təmin etmək;
95.1.5. "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında" Azərbaycan Respublikası
Qanununun tələblərinə əməl edilməsini təmin
etmək.
106.1.7. "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərin
pozulması."
4. 123.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"123.2.
Sığortaçılar və sığorta vasitəçiləri
onlar tərəfindən həyata keçirilən
sığorta əməliyyatlarına dair sənədləri,
belə əməliyyatlar üzrə elektron
daşıyıcılarında olan məlumatları
müştəri və ya digər müqavilə tərəfi
ilə hüquq münasibətlərinə xitam verildikdən
sonra ən azı beş il müddətində, həmçinin
bu qanunun 13-cü maddəsində nəzərdə tutulmuş
müştərinin, benefisiarın və səlahiyyətli
nümayəndənin eyniləşdirilməsi sənədlərini
qanunvericilikdə nəzərdə tutulmuş müddətdə
saxlamalı və zərurət yarandığı təqdirdə
səlahiyyətli dövlət orqanına təqdim etməlidirlər.";
5. 124-cü maddə
üzrə:
5.1. "Hüquqi və
fiziki şəxslər" sözlərindən əvvəl
"124.1." rəqəmi əlavə edilsin;
5.2.
aşağıdakı məzmunda 124.2-ci maddə əlavə
edilsin:
"124.2.
Sığortaçılar, təkrarsığortacılar və
sığorta vasitəçiləri "Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə
əməl edilməməsinə görə qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyul.- S. 4, 5.