Avropa İttifaqı ölkəmizdə aqrar sahənin inkişafı üçün 20 milyon avro ayırmağı nəzərdə tutur

 

Avropa İttifaqı Azərbaycanda aqrar-sənaye kompleksinin inkişafı üçün 20 milyon avro ayırmağı nəzərdə tutub. Bu barədə qurumun Bakı nümayəndəliyi məlumat verib.

Proqramın əsas məqsədi respublikada kənd təsərrüfatının və kəndin inkişafına kömək göstərilməsi hesabına Azərbaycan iqtisadiyyatının bütün istiqamətlərdə inkişafını təmin etməkdən ibarətdir. Yardım 2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq malları ilə davamlı təmin edilməsi üçün Dövlət Proqramında göstərilən məqsədlərlə bağlıdır.

Ayrılacaq məbləğin 14 milyon avrosu kənd təsərrüfatının dəstəklənməsi və kəndin inkişafı proqramına, qalanı isə fəaliyyət planı çərçivəsində Azərbaycanın idarəçilik potensialının artırılmasına sərf ediləcək.

 

 

Azərbaycan.- 2009.- 24 iyul.- S. 7.