Ağdamın futbol klubu Avropa Liqasının növbəti mərhələsinə çıxmışdır

 

Xatırladaq ki, bir həftə bundan əvvəl Ağdamın "Qarabağ" klubu rəqib meydanında əsl möcüzə etmiş, Norveçin adlı-sanlı klubunun futbolçuları "Qarabağ"ın qapısına bircə top da vura bilməmişdilər. Qolsuz heç-heçə ilə başa çatmış bu matç ümid verirdi ki, Azərbaycan klubu öz meydanında çoxsaylı azarkeşlərin dəstəyi sayəsində lazımi nəticə əldə edərək Liqanın növbəti mərhələsinə çıxa biləcəkdir.

Oyunun 45-ci dəqiqəsində "Qarabağ" futbolçusu Rəşad Sadıqov hesabı açmışdır. Bundan sonra norveçlilər "Qarabağ"ın qapısına zərbə vurmaq üçün çox ciddi-cəhd etsələr də, oyunda hesab dəyişməmişdir.

Beləliklə, Ağdam klubu Avropa Liqasının növbəti mərhələsinə çıxmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.- 24 iyul.- S. 8.