Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi,
elmi-texniki və mədəni
əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni
tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan
Respublikası və Latviya Respublikası arasında iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibi
aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri:
Ziya Məmmədov - Azərbaycan
Respublikasının nəqliyyat naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov
- Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini
İlqar Fətizadə
- Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Gülməmməd
Cavadov - Azərbaycan Respublikası sənaye və energetika
nazirinin müavini
Sevinc Həsənova - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini
Sevda Məmmədəliyeva
- Azərbaycan Respublikası mədəniyyət və turizm
nazirinin müavini
Elmar Qasımov - Azərbaycan
Respublikası təhsil nazirinin müavini
İltimas Məmmədov
- Azərbaycan Respublikası rabitə və informasiya
texnologiyaları nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan
RespublikasınınDövlət Gömrük Komitəsi sədrinin
birinci müavini
Avtandil Babayev - Azərbaycan
Respublikasının Mərkəzi Bankının İdarə
Heyəti sədrinin
müavini
Tofiq Zülfüqarov -
Azərbaycan Respublikasının Latviya Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri
2. "Azərbaycan
Respublikası və Latviya Respublikası arasında iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 3 oktyabr tarixli 1717 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹ 10, maddə 858) 1-ci bəndi qüvvədən
düşmüş hesab edilsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Azərbaycan Respublikası və Latviya
Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni
əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibi barədə Latviya Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 25 iyul.- S. 1.