"Azərbaycan Respublikasında
bələdiyyələrin birləşməsi yolu ilə yeni
bələdiyyələrin yaradılması haqqında"
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasında bələdiyyələrin birləşməsi
yolu ilə yeni bələdiyyələrin yaradılması
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının "Azərbaycan Respublikasında
bələdiyyələrin birləşməsi yolu ilə yeni
bələdiyyələrin yaradılması haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasında bələdiyyələrin
birləşməsi yolu ilə yeni bələdiyyələrin
yaradılması haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 25 iyul.- S. 4.