"Bələdiyyələrin
birgə fəaliyyəti, birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında" və
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında"
Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli 777-IIIQD
nömrəli Qanununun icrasının
təmin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
"Bələdiyyələrin
birgə fəaliyyəti, birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında" və "Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan
Respublikasının qanunlarına dəyişikliklər və
əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 17 mart tarixli 777-IIIQD nömrəli
Qanununun icrasını təmin etmək məqsədilə qərara
alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində "Bələdiyyələrin
birgə fəaliyyəti, birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun 8-1-ci maddəsində nəzərdə
tutulmuş komissiyanın say tərkibi və fəaliyyət
qaydasını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 25 iyul.- S. 4.