Azərbaycan ilə Çexiya
maliyyə nazirlikləri
arasında əməkdaşlıq
haqqında memorandum imzalanmışdır
Bu fikir iyulun 24-də Azərbaycanın
maliyyə naziri Samir Şərifovun ölkəmizdə rəsmi
səfərdə olan Çexiyanın maliyyə naziri Eduard
Yanota ilə görüşündə xüsusi
vurğulanmışdır. Görüşdən əvvəl
Çexiyanın maliyyə naziri E.Yanotanın rəhbərlik
etdiyi nümayəndə heyəti Fəxri xiyabanda müasir Azərbaycan
dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər
Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı
önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın məzarı
üzərinə də tər çiçəklər
düzülmüşdür.
Nümayəndə heyəti
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini anmış, "Əbədi
məşəl" abidəsi önünə əklil
qoymuşlar.
Azərbaycan ilə
Çexiya arasında maliyyə sahəsində əməkdaşlığın
genişləndirilməsinə dair ətraflı fikir
mübadiləsi aparan nazirlər iki ölkənin maliyyə
nazirlikləri arasında əməkdaşlıq haqqında
memorandumu imzalamışlar.
İmzalanmadan sonra
keçirilən mətbuat konfransında
vurğulanmışdır ki, Azərbaycan-Çexiya əlaqələri
strateji xarakter daşıyır, ölkələrimiz iqtisadi
sahədə əməkdaşlığı əsaslı
şəkildə genişləndirməkdə
maraqlıdırlar. Çexiyanın maliyyə nazirinin Azərbaycana
rəsmi səfəri, Prezident İlham Əliyevin E.Yanota ilə
görüşü, eləcə də dövlət və
hökumət rəsmiləri ilə aparılacaq müzakirələr
ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə
təkan verəcəkdir.
Memorandumun imzalanması
ilə əməkdaşlıq üçün münbit
hüquqi bazanın yarandığını vurğulayan nazir
S.Şərifov bildirmişdir ki, sənədə əsasən
Azərbaycan ilə Çexiya maliyyə nazirlikləri
arasında büdcənin planlaşdırılması, xəzinədarlıq
əməliyyatları, maliyyə nəzarəti, sosial sahələrin
maliyyələşdirilməsi və digər sahələrdə
qarşılıqlı əlaqələrin qurulması, təcrübə
mübadiləsinin aparılması nəzərdə
tutulmuşdur.
Azərbaycan.- 2009.- 25 iyul.- S. 5.