Azərbaycan ilə Çexiyanın bank sistemləri arasında əlaqələrin vəziyyəti müzakirə edilmişdir

 

Mərkəzi Bankın mətbuat xidmətindən bildirmişlər ki, qurumun sədri Elman Rüstəmov Azərbaycanda rəsmi səfərdə olan Çexiyanın maliyyə naziri Eduard Yanotanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə mövcud maliyyə böhranı şəraitində Azərbaycanda həyata keçirilən makroiqtisadi siyasətin əsas istiqamətlərindən, habelə Çexiyada bu sahədə görülən tədbirlərdən danışılmış, Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlığın, hər iki ölkənin bank sistemlərinin əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2009.- 25 iyul.- S. 5.