Maldiv Respublikasının Prezidenti zati-aliləri
cənab Məhəmməd Naşidə
Hörmətli cənab
Prezident!
Ölkənizin milli
bayramı - Müstəqillik Günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Azərbaycan ilə
Maldiv arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin bugünkü səviyyəsi məmnunluq
doğurur. Əminəm
ki, xalqlarımızın iradəsinə uyğun olaraq əlaqələrimizin
hərtərəfli inkişafı, əməkdaşlığımızın
əhatə dairəsinin genişləndirilməsi yolunda bundan
sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, dost
Maldiv xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 26 iyul.- S. 1.