İran İslam Respublikasının
Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada
Hörmətli cənab
Prezident!
Məşhəd şəhərinin
beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası
nəticəsində çoxsaylı insan tələfatı xəbərindən
son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar
dərdinizi bölüşür, Sizə, həlak
olanların ailələrinə və yaxın adamlarına,
bütün İran xalqına şəxsən öz
adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, yaralananlara və
xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 26 iyul.- S. 1.