"Bələdiyyələrin
əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında
bələdiyyələrin siyahısı"nın yeni redaksiyada verilməsi
barədə" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Bələdiyyələrin
əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nın yeni redaksiyada verilməsi barədə"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin
etmək məqsədilə qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının "Bələdiyyələrin əraziləri
və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nın yeni redaksiyada verilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri
daxilində "Bələdiyyələrin əraziləri və
torpaqları haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nın yeni redaksiyada verilməsi barədə"
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 26 iyul.- S. 1.