"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın yeni redaksiyada verilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu  

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 689; 2001-ci il, ¹ 11, maddə 677; 2002-ci il, ¹ 5, maddə 237; 2003-cü il, ¹6, maddə 273, ¹ 8, maddə 419; 2004-cü il, ¹ 7, maddə 522, ¹ 10, maddə 784, ¹ 12, maddələr 982, 987; 2005-ci il, ¹ 4, maddə 283, ¹ 10, maddə 884; 2007-ci il, ¹ 3, maddə 212, ¹ 11, maddə 1051; 2008-ci il, ¹ 5, maddələr 346, 347, ¹8, maddə 708, ¹ 11, maddə 959; Azərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli 778-IIIQD nömrəli Qanunu) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı" yeni redaksiyada verilsin (əlavə olunur).

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2009-cu il

 

Azərbaycan.- 2009.- 26 iyul.- S. 1.