Ali məktəblərə qəbul imtahanları başa çatmışdır
Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər
ki, 2009-2010-cu tədris ili üçün ölkəmizin ali
məktəblərinə və orta təhsil bazasından (11
illik) orta ixtisas təhsili müəssisələrinə qəbul
imtahanları başa çatmışdır.
I ixtisas qrupu üzrə
ixtisas seçimində ümumi balı 200-dən, fizika və
riyaziyyat fənləri üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan, III, IV və II ixtisas
qrupları üzrə isə ixtisas seçimində ümumi
balı 250-dən və hər bir imtahan fənni üzrə
ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan
abituriyentlər iştirak edirlər.
AzərTAc
Azərbaycan.- 2009.- 26 iyul- S. 1.