Qırğızıstan Respublikasının Prezidenti zati-aliləri cənab Kurmanbek Bakiyevə
Hörmətli Kurmanbek
Saliyeviç!
Qırğızıstan
Respublikasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən
təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Qırğızıstan
dostluğunun möhkəmləndirilməsi, dövlətlərarası
münasibətlərimizin hərtərəfli inkişafı,
əməkdaşlığımızın əhatə dairəsinin
genişləndirilməsi istiqamətində səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, dost
Qırğızıstan xalqının rifahı naminə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 28 iyul.- S. 1.