İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Susilo Bambanq Yudhoyonoya
Hörmətli cənab
Prezident!
İndoneziya
Respublikasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi ürəkdən
təbrik edirəm.
Ümidvaram ki, dost
ölkələrimiz və xalqlarımız arasında əlaqələrin
daha da genişləndirilməsi sahəsində səylərimizi,
istər ikitərəfli qaydada, istərsə də beynəlxalq
qurumlar çərçivəsində əməkdaşlığımızı
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxlik, dost İndoneziya
xalqının rifahı naminə fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 28 iyul.- S. 1.