Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqələri müvafiq olaraq Çəmənli və Elabad kəndləri adlandırılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

Bizlan və Zərgəran kəndləri Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

İstisu, Çayqovuşan və Elabad kəndləri Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 28 iyul.- S. 1.