"Mühasibat
uçotu üzrə qanunvericiliyin,
hesabat və məlumatların təqdim
edilməsi qaydalarının pozulmasına görə
məsuliyyətin gücləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik lər
edilməsi barədə" Azərbaycan Respublikasının
2009-cu il
30 iyun tarixli 857-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Mühasibat
uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların
təqdim edilməsi qaydalarının pozulmasına görə
məsuliyyətin gücləndirilməsi məqsədi ilə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 30 iyun tarixli 857-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1. qüvvədə olan
qanunvericilik aktlarının "Mühasibat uçotu üzrə
qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi
qaydalarının pozulmasına görə məsuliyyətin
gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 30 iyun tarixli 857-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3. öz səlahiyyətləri
daxilində həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 30 iyul.- S. 1.