Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın:

 

1. Naxçıvan şəhəri üzrə:

 

1) Bulqan və Qaraçuq bələdiyyələrinin əhatə etdiyi Bulqan və Qaraçuq kəndlərində Qaraçuq bələdiyyəsi;

2) Hacıniyyət və Tumbul bələdiyyələrinin əhatə etdiyi Hacıniyyət və Tumbul kəndlərində Tumbul bələdiyyəsi.

 

2. Babək rayonu üzrə:

 

1) Aşağı Uzunoba və Yuxarı Uzunoba bələdiyyələrinin əhatə etdiyi Aşağı Uzunoba və Yuxarı Uzunoba kəndlərində Yuxarı Uzunoba bələdiyyəsi;

2) Badaşqan və Yarımca bələdiyyələrinin əhatə etdiyi Badaşqan və Yarımca kəndlərində Yarımca bələdiyyəsi;

3) Gülşənabad və Payız bələdiyyələrinin əhatə etdiyi Gülşənabad və Payız kəndlərində Payız bələdiyyəsi;

4) Xalxal və Vayxır bələdiyyələrinin əhatə etdiyi Xalxal və Vayxır kəndlərində Vayxır bələdiyyəsi;

5) Xəlilli və Şıxmahmud bələdiyyələrinin əhatə etdiyi Xəlilli və Şıxmahmud kəndlərində Şıxmahmud bələdiyyəsi;

6) Qahab və Nəcəfəlidizə bələdiyyələrinin əhatə etdiyi Qahab və Nəcəfəlidizə kəndlərində Qahab bələdiyyəsi;

7) Qaraqala, Kalbaoruc Dizə və Məmmədrza Dizə bələdiyyələrinin əhatə etdiyi Qaraqala, Kalbaoruc Dizə və Məmmədrza Dizə kəndlərində Məmmədrza Dizə bələdiyyəsi.

 

2. Culfa rayonu üzrə:

 

1) Boyəhməd və Ləkətağ bələdiyyələrinin əhatə etdiyi Boyəhməd və Ləkətağ kəndlərində Ləkətağ bələdiyyəsi;

2) Əlincə və Xoşkeşin bələdiyyələrinin əhatə etdiyi Əlincə və Xoşkeşin kəndlərində Əlincə bələdiyyəsi;

3) Gal və Şurud bələdiyyələrinin əhatə etdiyi Gal və Şurud kəndlərində Şurud bələdiyyəsi;

4) Kırna və Qızılca bələdiyyələrinin əhatə etdiyi Kırna və Qızılca kəndlərində Kırna bələdiyyəsi.

 

3. Kəngərli rayonu üzrə:

 

1) Xıncab və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Xıncab və Təzəkənd kəndlərində Xıncab bələdiyyəsi.

 

4. Ordubad rayonu üzrə:

 

1) Ağrı, Dizə və Xanağa bələdiyyələrinin əhatə etdiyi Ağrı, Dizə və Xanağa kəndlərində Xanağa bələdiyyəsi;

2) Anabad və Gənzə bələdiyyələrinin əhatə etdiyi Anabad və Gənzə kəndlərində Gənzə bələdiyyəsi;

3) Anaqut və Dırnıs bələdiyyələrinin əhatə etdiyi Anaqut və Dırnıs kəndlərində Dırnıs bələdiyyəsi;

4) Aza və Darkənd bələdiyyələrinin əhatə etdiyi Aza və Darkənd kəndlərində Aza bələdiyyəsi;

5) Baş Dizə və Sabirkənd bələdiyyələrinin əhatə etdiyi Baş Dizə və Sabirkənd kəndlərində Sabirkənd bələdiyyəsi;

6) Başkənd, Qoruqlar və Vələver bələdiyyələrinin əhatə etdiyi Başkənd, Qoruqlar və Vələver kəndlərində Vələver bələdiyyəsi;

7) Behrud və Biləv bələdiyyələrinin əhatə etdiyi Behrud və Biləv kəndlərində Biləv bələdiyyəsi;

8) Bist və Ələhi bələdiyyələrinin əhatə etdiyi Bist və Ələhi kəndlərində Bist bələdiyyəsi;

9) Xurs və Nürgüt bələdiyyələrinin əhatə etdiyi Xurs və Nürgüt kəndlərində Xurs bələdiyyəsi;

10) Kələntər Dizə və Qoşadizə bələdiyyələrinin əhatə etdiyi Kələntər Dizə və Qoşadizə kəndlərində Qoşadizə bələdiyyəsi;

11) Kotam və Şəhriyar bələdiyyələrinin əhatə etdiyi Kilit, Kotam kəndlərində və Şəhriyar qəsəbəsində Şəhriyar bələdiyyəsi;

12) Məzrə və Üstüpü bələdiyyələrinin əhatə etdiyi Məzrə və Üstüpü kəndlərində Üstüpü bələdiyyəsi;

13) Pəzməri və Unus bələdiyyələrinin əhatə etdiyi Pəzməri və Unus kəndlərində Unus bələdiyyəsi.

 

5. Şahbuz rayonu üzrə:

 

1) Ayrınc və Qarababa bələdiyyələrinin əhatə etdiyi Ayrınc və Qarababa kəndlərində Qarababa bələdiyyəsi;

2) Daylaqlı və Kiçikoba bələdiyyələrinin əhatə etdiyi Daylaqlı və Kiçikoba kəndlərində Daylaqlı bələdiyyəsi;

3) Mərəlik və Sələsüz bələdiyyələrinin əhatə etdiyi Mərəlik və Sələsüz kəndlərində Sələsüz bələdiyyəsi.

 

6. Şərur rayonu üzrə:

 

1) Aşağı Daşarx və Oğuzkənd bələdiyyələrinin əhatə etdiyi Aşağı Daşarx və Oğuzkənd kəndlərində Aşağı Daşarx bələdiyyəsi;

2) Axaməd və Qaraburc bələdiyyələrinin əhatə etdiyi Axaməd və Qaraburc kəndlərində Axaməd bələdiyyəsi;

3) Arpaçay və Çəmənli bələdiyyələrinin əhatə etdiyi Arpaçay və Çəmənli kəndlərində Çəmənli bələdiyyəsi;

4) Babəki və Çərçiboğan bələdiyyələrinin əhatə etdiyi Babəki və Çərçiboğan kəndlərində Çərçiboğan bələdiyyəsi;

5) Diyadin, Tumaslı və Vayxır bələdiyyələrinin əhatə etdiyi Diyadin, Tumaslı və Vayxır kəndlərində Tumaslı bələdiyyəsi;

6) Gümüşlü və Şahbulaq bələdiyyələrinin əhatə etdiyi Gümüşlü və Şahbulaq kəndlərində Gümüşlü bələdiyyəsi;

7) Xətai və Yeni Havuş bələdiyyələrinin əhatə etdiyi Xətai və Yeni Havuş kəndlərində Yeni Havuş bələdiyyəsi;

8) Muğancıq Mehrab və Muğancıq Müslüm bələdiyyələrinin əhatə etdiyi Muğancıq Mehrab və Muğancıq Müslüm kəndlərində Muğancıq Mehrab bələdiyyəsi;

9) Püsyan və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Püsyan və Təzəkənd kəndlərində Püsyan bələdiyyəsi;

10) Stansiya Daşarx və Vərməziyar bələdiyyələrinin əhatə etdiyi Stansiya Daşarx və Vərməziyar kəndlərində Vərməziyar bələdiyyəsi.

 

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 30 iyul.- S. 2.