"Naxçıvan Muxtar Respublikasında
bələdiyyələrin birləşməsi yolu ilə yeni
bələdiyyələrin yaradılması haqqında"
Azərbaycan Respublikasının Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Naxçıvan
Muxtar Respublikasında bələdiyyələrin birləşməsi
yolu ilə yeni bələdiyyələrin yaradılması
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının "Naxçıvan Muxtar
Respublikasında bələdiyyələrin birləşməsi
yolu ilə yeni bələdiyyələrin yaradılması
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri
daxilində "Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin
birləşməsi yolu ilə yeni bələdiyyələrin
yaradılması haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 30 iyul.- S. 2.