"Azərbaycan
Respublikasının İsmayıllı rayonunun
inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının İsmayıllı rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının İsmayıllı rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının
İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 28 iyul.- S. 1.