Miqrasiya proseslərinin
idarə olunmasında "bir
pəncərə" prinsipinin tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi və
"Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat
vəsiqəsinin formasının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun
qüvvədən düşmüş hesab edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 18, maddə
243; 1995-ci il, ¹ 14, maddə 237; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə
385, ¹ 6, maddə 493; 1998-ci il, ¹ 2, maddə 70; 2000-ci il, ¹ 12,
maddə 835; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 378, ¹ 11,
maddə 674; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 463;
2004-cü il, ¹ 7, maddə 505; 2005-ci il, ¹3, maddə 152, ¹ 10,
maddə 874; 2006-cı il, ¹ 1, maddə 3, ¹2, maddə 64, ¹ 3,
maddə 219, ¹ 4, maddə 319, ¹11, maddə 933, ¹ 12, maddələr
1006, 1017, 1029; 2007-ci il, ¹ 7, maddə 712, ¹ 8, maddə 753, ¹ 11,
maddə 1053; 2008-ci il, ¹ 3, maddə 158, ¹ 8, maddə 701, ¹ 10,
maddə 886) aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. 12-ci maddə üzrə:
1.1. birinci hissəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
"Azərbaycan
Respublikasında müvəqqəti və ya daimi yaşamaq
üçün icazə almış əcnəbilər
şəxsi pasportları (digər sərhədkeçmə
sənədləri) və Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş müvəqqəti və ya daimi yaşamaq
üçün icazə vəsiqələri əsasında
Azərbaycan Respublikasından gedə və Azərbaycan
Respublikasına qayıda bilərlər.";
1.2. altıncı hissədə
"Viza tələb olunmayan qaydada Azərbaycan
Respublikasına gələn əcnəbilərin" sözləri
"Əcnəbilərin" sözü ilə əvəz
edilsin;
1.3.
aşağıdakı məzmunda yeddinci hissə əlavə
edilsin, yeddinci-doqquzuncu hissələr müvafiq olaraq səkkizinci-onuncu
hissələr hesab edilsin:
"Viza əsasında
və ya viza tələb olunmayan qaydada Azərbaycan
Respublikasına gələn və müvafiq icra hakimiyyəti
orqanı tərəfindən ölkə ərazisində
müvəqqəti olma müddəti uzadılmış əcnəbi
şəxsi pasportunu (digər sərhədkeçmə sənədini)
və müvəqqəti olma müddətinin uzadılması
haqqında qərarı təqdim edərək dövlət sərhədinin
buraxılış məntəqələrindən keçməklə
ölkəni tərk edə bilər.";
2. 13-cü maddə
üzrə:
2.1. maddənin adı
aşağıdakı redaksiyada verilsin:
"Giriş və
tranzit vizaları";
2.2. ikinci,
dördüncü və beşinci hissələr
çıxarılsın.
II. Azərbaycan
Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928
nömrəli Qərarı (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, ¹ 3-4, maddə 48; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə
493; 1998-ci il, ¹ 2, maddə 71; 2001-ci il, ¹ 11, maddələr 669,
674; 2002-ci il, ¹ 7, maddə 395; 2004-cü il, ¹ 4, maddə 199;
2006-cı il, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12, maddələr
1006, 1033; 2007-ci il, ¹ 1, maddə 4, ¹ 4, maddə 319; 2008-ci il, ¹
8, maddə 698, ¹ 10, maddə 886; Azərbaycan
Respublikasının 2009-cu il 24 fevral tarixli 770-IIIQD nömrəli
Qanunu) ilə təsdiq edilmiş "Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə
aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. 19-cu bəndə
aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
"Azərbaycan
Respublikasında müvəqqəti və ya daimi yaşamaq
üçün icazə almış əcnəbilər
şəxsi pasportları (digər sərhədkeçmə
sənədləri) və Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş müvəqqəti və ya daimi yaşamaq
üçün icazə vəsiqələri əsasında
Azərbaycan Respublikasından gedə və Azərbaycan
Respublikasına qayıda bilərlər.";
2. 20-ci bəndin ikinci
cümləsi çıxarılsın;
3. 21-ci bənddə
"giriş, qayıdış, tranzit və
çıxış" sözləri "giriş və
tranzit" sözləri ilə əvəz edilsin;
4. 24-cü və
26-cı bəndlər çıxarılsın;
5.
aşağıdakı məzmunda 28-1-ci bənd əlavə
edilsin:
"28-1. Viza əsasında
və ya viza tələb olunmayan qaydada Azərbaycan
Respublikasına gələn və müvafiq icra hakimiyyəti
orqanı tərəfindən ölkə ərazisində
müvəqqəti olma müddəti uzadılmış əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs
şəxsiyyətini təsdiq edən sənədi və
müvəqqəti olma müddətinin uzadılması
haqqında qərarı təqdim edərək dövlət sərhədinin
buraxılış məntəqələrindən keçməklə
ölkəni tərk edə bilər.";
6. 29-cu bəndin birinci
abzası aşağıdakı redaksiyada verilsin:
"Viza əsasında
gələn əcnəbilər vizada göstərilən
ölkədə qalma müddəti, viza tələb olunmayan
qaydada gələnlər isə 90 gün bitdikdə,
onların ölkədə müvəqqəti olma müddəti
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
uzadılmamışdırsa, onlara müvəqqəti
yaşamaq üçün icazə verilməmişdirsə və
ya onlardan belə icazənin verilməsi üçün ərizə
qəbul edilməmişdirsə, Azərbaycan
Respublikasının ərazisini tərk etməlidirlər.".
III.
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1997-ci il, ¹ 2, maddə 88;2001-ci il, ¹ 11, maddələr 669, 676;
2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddələr 237, 243; 2006-cı
il, ¹ 6, maddə 478; 2007-ci il, ¹ 8, maddə 756, ¹ 12, maddə
1197; 2008-ci il, ¹ 7, maddə 602, ¹ 8, maddə 701)
aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin
birinci hissəsi üzrə:
1.1. 3-cü bənddə
"daimi" sözü
"müvəqqəti və
ya daimi" sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda
4-cü bənd əlavə
edilsin:
"4) Azərbaycan
Respublikası ərazisində
müvəqqəti olma
müddəti uzadılmış
əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs barəsində - müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
verilən xüsusi nümunəli qərar.";
2. 6-cı maddənin
üçüncü hissəsi
üzrə:
2.1. 2-ci bənddən
", Azərbaycan Respublikasında
onun müvəqqəti
olma müddətinin uzadılması haqqında
müvafiq icra hakimiyyəti orqanının
qərarı olduqda isə - qərarda göstərilmiş müddətə"
sözləri çıxarılsın;
2.2. 3-cü bənd
çıxarılsın;
3. 7-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"Maddə 7. Azərbaycan Respublikasında müvəqqəti
və ya daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması
Əcnəbilərə və
ya vətəndaşlığı
olmayan şəxslərə
Azərbaycan Respublikasında
müvəqqəti və
ya daimi yaşamaq üçün
icazə verilərkən
onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaşayış yeri
üzrə qeydiyyata alınırlar. Şəxsin
yaşayış yeri
üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti
və ya daimi yaşamaq üçün icazə vəsiqəsində öz
əksini tapır.";
4. 8-ci maddədə və
9-cu maddənin birinci hissəsinin birinci abzasında
"Müvafiq dövlət orqanı" sözləri
"Müvafiq icra hakimiyyəti orqanları" sözləri
ilə əvəz edilsin;
5. 9-cu maddənin birinci
hissəsinin 1-ci və 2-ci bəndlərində "müvafiq
dövlət orqanının" sözləri "müvafiq
icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz
edilsin;
6. 13-cü maddədə
"səlahiyyətli dövlət orqanına və ya"
sözləri "inzibati qaydada və (və ya)" sözləri
ilə əvəz edilsin.
IV. Azərbaycan
Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-IQ
nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 136; 2001-ci il, ¹ 11, maddə
669; 2002-ci il, ¹ 6, maddə 328; 2006-cı il, ¹ 2, maddə 64, ¹
11, maddə 1053; 2008-ci il, ¹ 8, maddə 701, ¹ 10, maddə 886; Azərbaycan
Respublikasının 2009-cu il 24 fevral tarixli 770-IIIQD nömrəli
Qanunu) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin və Azərbaycan Respublikasında
30 gündən artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri haqqında Əsasnamə"yə
aşağıdakı dəyişikliklər və əlavə
edilsin:
1. 1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərə nümunəsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən xüsusi sənədlər verilir.";
2. 2-ci bənd üzrə:
2.1. birinci abzas
aşağıdakı redaksiyada verilsin:
"Xüsusi sənədlərin
aşağıdakı növləri vardır:";
2.2.
aşağıdakı məzmunda "d" yarımbəndi əlavə
edilsin:
"d) Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq
üçün icazə vəsiqəsi.";
2.3.
aşağıdakı məzmunda yeddinci abzas əlavə
edilsin:
"Bu bəndin
"d" yarımbəndində göstərilən sənədin
verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.";
3. 34-cü bənd
üzrə:
3.1. "b" yarımbəndindən
", Azərbaycan Respublikasında onun müvəqqəti olma
müddətinin uzadılması haqqında müvafiq icra
hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda
göstərilmiş müddətə" sözləri
çıxarılsın;
3.2. "c" yarımbəndi
çıxarılsın.
V. "İmmiqrasiya
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 3, maddə
156; 2001-ci il, ¹ 11, maddələr 676, 695; 2004-cü il, ¹ 2, maddə
57, ¹ 7, maddə 505; 2007-ci il, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 8,
maddə 701; 2009-cu il, ¹ 3, maddə 160) aşağıdakı əlavə
və dəyişikliklər edilsin:
1. 4-cü maddənin
üçüncü hissəsinə aşağıdakı
məzmunda 9-cu bənd əlavə edilsin:
"9) dövlət
rüsumunun ödənilməsi barədə qəbz.";
2. 5-ci maddənin birinci
hissəsində "altı" sözü "iki"
sözü ilə əvəz edilsin;
3. 10-cu maddənin
beşinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Əcnəbilərə
və ya vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant
statusu) verilməsi barədə qərar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qəbul edilir. İmmiqrant statusu
almış şəxslərə Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq
üçün icazə vəsiqəsi verilir. Vəsiqənin
təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.";
4. 12-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"Maddə 12.
İmmiqrant statusu almış şəxslərin
yaşayış yeri üzrə qeydiyyatı
İmmiqrant statusu almış əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaşayış yeri
üzrə qeydiyyata alınırlar.
İmmiqrant statusu
almış şəxs yaşayış yerini dəyişdikdə
10 gündən gec olmayaraq yeni yaşayış yeri üzrə
qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti
orqanına müraciət etməlidir.".
VI. "Əmək
miqrasiyası haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 1, maddə 3; 2007-ci il, ¹ 10, maddə 938; 2008-ci il, ¹
10, maddə 886) 8-ci maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
1. ikinci hissədə
", müvafiq icra hakimiyyəti orqanının fərdi icazə
əsasında verdiyi Azərbaycan Respublikasında əmək
fəaliyyətini həyata keçirməyə hüquq verən
viza ilə" sözləri "qanunla müəyyən
olunmuş qaydada" sözləri ilə əvəz edilsin;
2.
üçüncü hissə aşağıdakı
redaksiyada verilsin:
"Əməkçi
miqranta fərdi icazənin qüvvədə olduğu müddətə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə vəsiqəsi
verilir.".
VII. Azərbaycan
Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 1, maddə 14; 2001-ci il,
¹ 11, maddə 669; 2002-ci il, ¹ 5, maddə 237; 2006-cı il, ¹ 6,
maddə 478; 2007-ci il, ¹ 8, maddə 756, ¹ 11, maddə 1075; 2008-ci
il, ¹ 8, maddə 701, ¹ 10, maddə 886; Azərbaycan
Respublikasının 2009-cu il 24 fevral tarixli 770-IIIQD nömrəli
Qanunu) ilə təsdiq edilmiş "Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə
aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. 1-ci bəndə
aşağıdakı məzmunda üçüncü abzas əlavə
edilsin:
"Müvafiq icra
hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində
həyata keçirdiyi yaşayış yeri üzrə
qeydiyyata alınma haqqında məlumatları
"Giriş-çıxış və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminə ötürür.";
2. 20-ci bəndin
beşinci abzası çıxarılsın;
3. 23-1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"23-1. Əcnəbilərə
və ya vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazə verilərkən, habelə
əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti
olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
yaşayış yeri üzrə qeydiyyata alınırlar.
Bu məqsədlə müvafiq icra hakimiyyəti
orqanının məsul əməkdaşı əcnəbidən
və ya vətəndaşlığı olmayan şəxsdən
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazənin verilməsi, habelə
müvəqqəti olma müddətinin uzadılması
üçün qanunvericiliklə müəyyən olunmuş
sənədlərdən əlavə
aşağıdakıları tələb etməlidir:
a) yaşayış sahəsinə
köçmək üçün əsas verən sənəd
(mülkiyyət hüququnun dövlət qeydiyyatına
alınması haqqında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarış, order, icarə (kirayə)
müqaviləsi və ya Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
b) əcnəbiyə və
ya vətəndaşlığı olmayan şəxsə
yaşayış sahəsi verən şəxsin ərizəsi.
Şəxsin
yaşayış yeri üzrə qeydiyyata alınması
haqqında məlumat ona verilmiş müvəqqəti və
ya daimi yaşamaq üçün icazə vəsiqəsində,
habelə müvəqqəti olma müddətinin uzadılması
haqqında qərarda öz əksini tapır.";
4.
aşağıdakı məzmunda 23-2-ci bənd əlavə
edilsin:
"23-2. Azərbaycan
Respublikasında müvəqqəti və ya daimi yaşamaq
üçün icazə almış, habelə ölkədə
müvəqqəti olma müddəti uzadılmış əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs
yaşayış yerini dəyişdikdə 10 gündən gec
olmayaraq yeni yaşayış yeri üzrə qeydiyyata
alınması üçün müvafiq icra hakimiyyəti
orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti
orqanının məsul əməkdaşı əcnəbini
və ya vətəndaşlığı olmayan şəxsi
yaşayış yeri üzrə qeydiyyata almaq
üçün ondan bu Əsasnamənin 23-1-ci bəndinin
"a" və "b" yarımbəndlərində
göstərilənlərdən əlavə
aşağıdakı sənədləri tələb etməlidir:
- ərizə;
- şəxsiyyətini
təsdiq edən sənədin surəti;
- ölkə ərazisində
qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq
edən müvafiq sənədin surəti.";
5. 26-cı bənddə
"səlahiyyətli dövlət orqanına və ya"
sözləri "inzibati qaydada və (və ya)" sözləri
ilə əvəz edilsin.
VIII. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə
731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr
234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228,
¹ 6, maddələr 257,
276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr
676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹ 1, maddələr
6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr
313, 314, 317, 321, ¹6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10,
maddələr 762, 779, ¹ 11, maddə 900, ¹12, maddə 973; 2005-ci
il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr
272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8,
maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr
993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2, maddələr
64, 68; ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹6,
maddə 478; ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr
1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr
65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr
560, 561, 562, 579; ¹ 8, maddə 757; ¹ 10, maddələr 935, 936,
938, 940; ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089,
1091; ¹ 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, ¹ 2, maddə
47, ¹ 3, maddələr 146, 152, 158, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə
340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601,
602, 605, ¹ 8, maddələr 699, 701, ¹ 10, maddələr 884, 885;
¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049;
2009-cu il, ¹ 2, maddələr 36, 45, 49, 52, 53) 331-ci maddəsinin
adında və mətnində "və ya Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsinin"
sözləri ", Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsinin, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin
uzadılması haqqında qərarın və Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
ya daimi yaşamaq üçün sənədlərin"
sözləri ilə əvəz edilsin.
IX. "Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 12, maddə 740; 2002-ci il, ¹ 12, maddə 706;
2003-cü il, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab, maddələr
676, 698; 2005-ci il, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə
684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006-cı il,
¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481; ¹ 12, maddələr
1015, 1029; 2007-ci il, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008-ci il,
¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009-cu il, ¹ 1,
maddə 5, ¹ 3, maddə 160) aşağıdakı əlavələr
və dəyişikliklər edilsin:
1. 14-cü maddənin
adında "verilərkən, Azərbaycan Respublikası vətəndaşlığına
qəbulu və ya vətəndaşlığından
çıxması" sözləri ", əcnəbiyə
və vətəndaşlığı olmayan şəxsə
Azərbaycan Respublikasının ərazisində müvəqqəti
və ya daimi yaşamaq üçün icazə vəsiqəsi,
müvəqqəti olma müddətinin uzadılması barədə
qərarın verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına
qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan
çıxmaq" sözləri ilə əvəz edilsin;
2. 14.7-ci maddədə
"Əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasında
müvəqqəti və ya daimi yaşamaq üçün
icazələrin verilməsinə və müddətinin
uzadılmasına, xarici pasportların və onu əvəz edən
sənədlərin" sözləri "Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
xarici pasportlarının və ya onu əvəz edən sənədlərin"
sözləri ilə əvəz edilsin;
3. 14.8-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"14.8. Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
ya daimi yaşamaq üçün icazə vəsiqələrinin
verilməsinə və müddətinin uzadılmasına
görə:
14.8.1. Azərbaycan
Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə
və müddətinin uzadılmasına görə:
14.8.1.1. 3 ayadək
30 manat
14.8.1.2. 6 ayadək
60 manat
14.8.1.3. 1 ilədək
120 manat
14.8.1.4. tələbələr
üçün illik 40 manat
14.8.2. Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq
üçün icazə vəsiqəsinin verilməsinə və
müddətinin uzadılmasına görə: 300 manat";
4. 14.9-cu maddədə
"icazələrin yenidən verilməsinə" sözləri
"icazə vəsiqələrinin və müvəqqəti
olma müddətinin uzadılması barədə qərarın
yenidən verilməsinə" sözləri ilə, "3
manat" sözləri "10 manat" sözləri ilə əvəz
edilsin;
5. 14.10-cu maddə
çıxarılsın;
6. 14.12-ci maddədə
"əcnəbinin" sözündən sonra "və ya
vətəndaşlığı olmayan şəxsin"
sözləri əlavə edilsin;
7.
aşağıdakı məzmunda 14.15-ci maddə əlavə
edilsin:
"14.15. ölkədə
müvəqqəti olma müddətinin uzadılması barədə
qərarın verilməsinə görə:
14.15.1. 1 ayadək
30 manat
14.15.2. 1 aydan
2 ayadək 60 manat
14.15.3. 2 aydan
3 ayadək 90 manat";
8. 16.1.7-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"16.1.7. Qanunla müəyyən
edilmiş hallarda 1 il müddətinə çoxdəfəlik
giriş-çıxış üçün giriş
vizalarının rəsmiləşdirilməsi üçün
250 ABŞ dolları".
X. "Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci
il, ¹ 5, maddə 232; 2008-ci il, ¹ 8, maddə 701) qüvvədən
düşmüş hesab edilsin.
XI. Bu qanun 2009-cu il iyulun
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 28 iyul.- S. 2.