"Miqrasiya
proseslərinin idarə olunmasında "bir
pəncərə" prinsipinin tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi və
"Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat
vəsiqəsinin formasının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun
qüvvədən düşmüş hesab edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
"Miqrasiya proseslərinin
idarə olunmasında "bir pəncərə" prinsipinin
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi və "Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun qüvvədən düşmüş hesab edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Miqrasiya proseslərinin
idarə olunmasında "bir pəncərə" prinsipinin
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi və "Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun qüvvədən düşmüş hesab edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa və
bu fərmana uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ-hüquqi aktlarının həmin
qanuna və bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Miqrasiya proseslərinin idarə olunmasında
"bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi və "Azərbaycan Respublikasında daimi
yaşayan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun qüvvədən düşmüş hesab edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanunundan və
bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin
birinci hissəsinin ikinci cümləsində və yeddinci hissəsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti həyata
keçirir;
2.2. Azərbaycan
Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928
nömrəli qərarı ilə təsdiq edilmiş
"Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi haqqında Əsasnamə"nin 19-cu bəndinin
ikinci abzasında, 28-1-ci bəndində və 29-cu bəndinin
birinci abzasında nəzərdə tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
həyata keçirir.
3.
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il,
¹2, maddə 89) 2-ci bəndi aşağıdakı redaksiyada
verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1. Azərbaycan
Respublikası vətəndaşlarının, 1992-ci il
yanvarın 1-dək Azərbaycan Respublikasında daimi
yaşamaq üçün icazə almış vətəndaşlığı
olmayan şəxslərin və onların "Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə
minənədək doğulmuş uşaqlarının və
Azərbaycan Respublikasında 30 gündən artıq
yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin yaşayış yeri üzrə
qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi tərəfindən həyata
keçirilir;
2.2.
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun
3-cü maddəsinin birinci hissəsinin 4-cü bəndində,
7-ci maddəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
həyata keçirir;
2.3. həmin qanunun 8-ci
maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci
abzasında və 1-ci bəndində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti həyata keçirirlər;
2.4. həmin qanunun 9-cu maddəsinin
birinci hissəsinin 2-ci bəndində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti həyata keçirirlər;
2.5. həmin qanunun 9-cu
maddəsinin ikinci hissəsində və 10-cu maddəsinin
beşinci hissəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
rayon, şəhər, şəhərlərdə rayon icra
hakimiyyəti orqanları yanında yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar həyata keçirirlər;".
4. "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin və əcnəbilərin xüsusi
sənədləri haqqında" Əsasnamənin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,
¹3, maddə 168; 2002-ci il, ¹8, maddə 478; 2006-cı il,
¹12, maddə 1034; 2008-ci il, ¹8, maddə 713)
aşağıdakı əlavə və dəyişikliklər
edilsin:
4.1. Fərmanın
adında, preambulasında, 1-ci bəndinin ikinci, beşinci və
yeddinci abzaslarında, 2-ci bəndinin ikinci-altıncı
abzaslarında "şəxslərin və" sözlərindən
sonra "Azərbaycan Respublikasında 30 gündən artıq
yaşamaq istəyən" sözləri əlavə edilsin;
4.2. 2-ci bəndin ikinci
abzasında "2-ci bəndinin birinci abzasında" sözləri
"1-ci bəndində, 2-ci bəndinin yeddinci abzasında"
sözləri ilə əvəz edilsin;
4.3. 2-ci bəndin yeddinci
abzasından "34-cü bəndinin "b" və
"c" yarımbəndlərində," sözləri
çıxarılsın.
5. "İmmiqrasiya
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
¹ 3, maddə 166; 2008-ci il, ¹3, maddə 168, ¹ 8, maddə 713) 2-ci
bəndinə aşağıdakı əlavə və dəyişikliklər
edilsin:
5.1. ikinci abzasa
"ikinci hissəsində" sözlərindən sonra
"və 10-cu maddəsinin beşinci hissəsinin
üçüncü cümləsində" sözləri əlavə
edilsin;
5.2.
üçüncü abzasdan "10-cu maddəsinin beşinci
hissəsinin ikinci cümləsində," sözləri
çıxarılsın;
5.3. beşinci abzasa
"birinci cümləsində," sözlərindən sonra
"12-ci maddəsində" sözləri əlavə
edilsin;
5.4. altıncı və
yeddinci abzaslar çıxarılsın.
6. Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999-cu il, ¹ 9, maddə 539; 2006-cı il, ¹2, maddə 82;
2008-ci il, ¹ 3, maddə 168, ¹ 8, maddə 713) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı
məsələlərinə baxılması və onların
həlli qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndində
aşağıdakı dəyişikliklər edilsin:
6.1. səkkizinci abzas
aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan
Respublikasının ərazisində daimi yaşamaq
üçün icazə vəsiqəsinin surəti;".
6.2. doqquzuncu abzas
çıxarılsın.
7.
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il
30 dekabr tarixli 244 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə
23; 2003-cü il, ¹ 9, maddə 484; 2008-ci il, ¹ 8, maddə 713) 2-ci
bəndi aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən
edilsin ki:
2.1.
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamə"nin 1-ci bəndinin
üçüncü abzasında, 23-1-ci və 23-2-ci bəndlərində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti həyata
keçirir;
2.2. həmin Əsasnamənin
2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci
abzasında, 4-cü, 5-ci və 6-cı bəndlərində,
9-cu bəndinin birinci abzasında, 11-ci bəndində, 12-ci bəndinin
birinci abzasında, 13-cü, 14-cü, 16-cı və 18-ci bəndlərində,
20-ci bəndinin birinci abzasında, 21-ci, 22-ci və 23-cü bəndlərində,
eləcə də həmin Əsasnaməyə 1-4 və 6
saylı əlavələrdə nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
həyata keçirir;
2.3. həmin Əsasnamənin
10-cu bəndinin birinci abzasında və "a", "e"
yarımbəndlərində, habelə 24-cü bəndində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri
daxilində həyata keçirirlər;
2.4. həmin Əsasnamənin
10-cu bəndinin "b" yarımbəndində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri
daxilində həyata keçirirlər;
2.5. həmin Əsasnamənin
10-cu bəndinin "q" yarımbəndində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir.".
8. "Əmək
miqrasiyası haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 29; 2004-cü il,
¹1, maddə 19; 2008-ci il, ¹ 3, maddə 168, ¹ 6, maddə 482,
¹9, maddə 798) 2-ci bəndində aşağıdakı dəyişikliklər
edilsin:
8.1. dördüncü
abzasdan "6-cı maddəsinin ikinci hissəsində,"
sözləri çıxarılsın;
8.2. beşinci abzas
aşağıdakı redaksiyada verilsin:
"həmin qanunun
6-cı maddəsinin ikinci hissəsində və 8-ci maddəsinin
üçüncü hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti həyata
keçirir;".
9. "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹8, III kitab, maddə 612; 2001-ci il, ¹7, maddə 462, ¹10, maddə
640, ¹12, maddə 755; 2002-ci il, ¹1, maddə 49, ¹5, maddələr
260, 275, ¹8, maddələr 478, 484, 486; 2003-cü il, ¹6, maddə
299, ¹8, maddə 434, ¹9, maddə 478, ¹10, maddələr 546, 547,
560, 571, 582; 2004-cü il, ¹1, maddələr 19, 26, ¹3, maddələr
138, 141, ¹4, maddə 235, ¹5, maddələr 340, 341, 343, 345, 346,
¹8, maddələr 607, 608, ¹11, maddə 909, ¹12, maddə 1005;
2005-ci il, ¹2, maddələr 67, 69, ¹4, maddələr 299, 303, ¹8,
maddə 702, ¹9, maddələr 801, 802, ¹12, maddə 1101;
2006-cı il, ¹2, maddə 83, ¹4, maddələr 321, 322, ¹5, maddə
407, ¹7, maddə 590, ¹8, maddələr 662, 663, 674, 675, 679, ¹9,
maddə 743, ¹11, maddələr 942, 945; 2007-ci il, ¹1, maddə
11, ¹2, maddə 87, ¹3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr
767, 769, ¹11, maddələr 1110, 1116, 1120, ¹12, maddə 1227;
2008-ci il, ¹1, maddə 7, ¹3, maddə 186, ¹6, maddələr 504,
507, ¹7, maddə 617, ¹ 8, maddə 713, ¹9, maddə 798, ¹10, maddə
894, ¹11, maddələr 969, 971, 980, ¹12, maddələr 1060, 1061,
1062, 1065; 2009-cu il, ¹3, maddə 163, ¹4, maddə 226; Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 98 nömrəli
Fərmanı) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
28 oktyabr tarixli 4 nömrəli Fərmanı ilə əlavə
edilmiş 3.54-cü bənddə "Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi (pasport və
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə
aid hissədə)" sözlərindən sonra ", Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti (Azərbaycan
Respublikasında müvəqqəti olma müddətinin
uzadılmasına dair qərar və Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
ya daimi yaşamaq üçün sənədlərə aid
hissədə)" sözləri əlavə edilsin.
10. Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, ¹8, maddə 493; 2008-ci il, ¹3, maddə 168;
2009-cu il, ¹1, maddə 11; Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 29 may tarixli 99 nömrəli Fərmanı) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasına immiqrasiya
haqqında vəsatətə baxılması
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
10.1. 6-cı bənddə
"iki" sözü "bir" sözü ilə əvəz
edilsin;
10.2. 9-cu bənddə
"6 ay" sözləri "iki ay" sözləri ilə
əvəz edilsin;
10.3. 12-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"12. Əcnəbilərə
və ya vətəndaşlığı olmayan şəxslərə
immiqrant statusu verilərkən onlar eyni zamanda Dövlət
Miqrasiya Xidməti tərəfindən yaşayış yeri
üzrə qeydiyyata alınırlar. Bu məqsədlə əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
"Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamə" ilə müəyyən
edilmiş sənədləri Dövlət Miqrasiya Xidmətinə
təqdim etməlidirlər. Şəxsin yaşayış
yeri üzrə qeydiyyata alınması haqqında məlumat
ona verilmiş daimi yaşamaq üçün icazə vəsiqəsində
öz əksini tapır.";
10.4. 13-cü bənd və
Əlavə 2 "Daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyat vəsiqəsi verilməsi
haqqında Ərizə-Anket" çıxarılsın.
11. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, ¹1, maddə 22; 2005-ci il, ¹10, maddə 910;
2008-ci il, ¹11, maddə 970; 2009-cu il, ¹2, maddə 59) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 8.14-1-ci bənd əlavə
edilsin:
"8.14-1. Xarici ölkələrin
Azərbaycan Respublikasında fəaliyyət göstərən
diplomatik nümayəndəlik və konsulluqlarının,
habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin
əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə
daxil olan şəxslərin və onların ailə üzvlərinin,
həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə
və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər
edən əcnəbilərin qeydiyyatını aparır;".
12. "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 233; 2008-ci il, ¹3,
maddə 168) 2.7.1-ci bəndində "24-27-ci bəndlərdə"
sözləri "25-ci, 27-ci bəndlərdə" sözləri
ilə əvəz edilsin;
13. Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹3, maddə 239; 2008-ci il, ¹1, maddə 4, ¹3, maddə
168, ¹8, maddə 722, ¹11, maddə 970; 2009-cu il, ¹1, maddə 11,
¹4, maddə 221) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında
Əsasnamə"yə aşağıdakı əlavələr
edilsin:
13.1.
aşağıdakı məzmunda 8.3-2-ci, 9.7-1-ci, 9.11-1-ci,
9.21-1-ci, 9.21-2-ci bəndlər əlavə edilsin:
"8.3-2. miqrasiya proseslərinin
idarəolunmasında "bir pəncərə" prinsipi
üzrə vahid dövlət orqanının səlahiyyətlərini
həyata keçirir;
9.7-1. Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
daimi yaşamaq üçün icazə almış əcnəbiləri
və vətəndaşlığı olmayan şəxsləri
yaşayış yeri üzrə qeydiyyata almaq və onlara
müvafiq vəsiqələrin verilməsini təmin etmək;
9.11-1. əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün fərdi icazələrin verilməsini
"bir pəncərə" prinsipi əsasında təşkil
etmək;
9.21-1. Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan
və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin uçotunu aparmaq;
9.21-2. Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
daimi yaşayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə verilmiş icazələr və həmin
şəxslərin yaşayış yeri üzrə qeydiyyata
alınması, habelə əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində
müvəqqəti olma müddətinin uzadılması
haqqında məlumatları qanunvericiliklə müəyyən
edilmiş qaydada "Giriş-çıxış və
qeydiyyat" idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminə təqdim etmək;";
13.2. 9.16-cı bənddə
"məlumatları" sözündən sonra "Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi vasitəsilə" sözləri əlavə edilsin.
14. "Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 19 mart tarixli, 560 nömrəli Fərmanının
icrası ilə bağlı əlavə tədbirlər barədə"
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 yanvar tarixli
700 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹1, maddə 4)
2-ci bəndi çıxarılsın.
15. "Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin
təmin edilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına
əlavələr və dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719
nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹3, maddə
168) II hissəsinin 2-ci bəndi çıxarılsın.
16. Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹4, maddə 258, ¹12, maddə 1058; 2009-cu il, ¹2,
maddə 75) ilə təsdiq edilmiş "Giriş-çıxış
və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında Əsasnamə"yə
aşağıdakı əlavə və dəyişiklik
edilsin:
16.1.
aşağıdakı məzmunda 10.2.1.4-cü bənd əlavə
edilsin:
"10.2.1.4. Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və
daimi yaşayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə verilmiş icazələr və həmin
şəxslərin yaşayış yeri üzrə qeydiyyata
alınması, habelə əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində
müvəqqəti olma müddətinin uzadılması
haqqında.";
16.2. 10.2.2.4-cü bənd
çıxarılsın.
17. "Miqrasiya idarəetmə
sisteminin inkişafı və "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹8, maddə 713) aşağıdakı dəyişikliklər
edilsin:
17.1. 5.3-cü və
5.7-ci bəndlər çıxarılsın;
17.2. 5.6.2-ci bənddə
"ikinci" sözü "üçüncü"
sözü ilə, "Azərbaycan Respublikasının Nazirlər
Kabineti" sözləri "Azərbaycan
Respublikasının Prezidenti" sözləri ilə əvəz
edilsin;
17.3. 5.6.3-cü bənddə
"12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində"
sözləri "12-ci maddəsində" sözləri ilə,
"Daxili İşlər Nazirliyi" sözləri
"Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 28 iyul.- S. 3.