"Azərbaycanda insan
hüquq və azadlıqları milli qanunvericilik vasitəsilə
qorunur. Ölkə Konstitusiyasının üçdə iki
hissəsi insan hüquqlarına həsr olunub, eləcə də
Azərbaycan bu məsələ ilə bağlı
bütün beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu
faktlar onu göstərir ki, Azərbaycan insan hüquq və
azadlıqlarının qorunmasını özünün ali
prinsipi kimi qəbul edir".
Bu sözləri Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət
Aslanova BMT-nin İnsan Hüquqları Komitəsində Azərbaycanla
əlaqədar müzakirələrə münasibət bildirərkən
demişdir. Onun sözlərinə görə, bəzi dairələr,
o cümlədən beynəlxalq təşkilatlar ölkəmiz
haqqında mənfi rəy yaratmağa
çalışırlar. Bununla da Azərbaycanda insan
hüquqlarına dair vəziyyətə kölgə salmaq istəyirlər.
BMT-nin İnsan Hüquqları Komitəsində müzakirələr
obyektiv olmalıdır. MDB məkanında, Ermənistanla,
Gürcüstanla müqayisə aparılsa, bu cəhətdən
Azərbaycanın nə qədər öndə olduğu
sübuta yetər. İkili standartlardan uzaqlaşmağın
vaxtı çatmışdır. Həmçinin insan
hüquqları məsələsindən dövlətlərə
qarşı təzyiq vasitəsi kimi istifadə etmək
düzgün deyildir. Bu, beynəlxalq təşkilatların
özünün nüfuzuna xələl gətirir.
AzərTAc
Azərbaycan.- 2009.- 28 iyul.- S.2.