"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr dəyişiklik edilməsi haqqında

 

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 fevral tarixli 63 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 486; 2000-ci il, ¹ 3, I kitab, maddə 158; 2001-ci il, ¹ 12, maddə 755; 2003-cü il, ¹ 10, maddə 546; 2004-cü il, ¹ 4, maddə 231; 2006-cı il, ¹ 8, maddə 660; 2008-ci il, ¹ 3, maddə 174, ¹ 8, maddə 714) 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

"həmin Məcəllənin 46-cı maddəsinin 2-1-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı əsasında), ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla), üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.".

2. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 3, I kitab, maddə 158; 2001-ci il, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2003-cü il, ¹ 10, maddə 546; 2004-cü il, ¹ 2, maddə 69; 2006-cı il, ¹ 8, maddə 660; 2007-ci il, ¹ 11, maddə 1110; 2008-ci il, ¹ 3, maddə 174, ¹ 6, maddə 498) 1-ci bəndinin üçüncü abzasında "80-130" rəqəmləri "20-50" rəqəmləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101; 2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008-ci il, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr 969, 971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 3, maddə 163; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 81 nömrəli və 29 may tarixli 98 nömrəli fərmanları) aşağıdakı məzmunda 2.32-ci bənd əlavə edilsin:

"2.32. həmin Məcəllənin 88-2.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 29 iyul.- S. 1.