"Könüllü
fəaliyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
"Könüllü fəaliyyət
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Könüllü fəaliyyət
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ- hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Könüllü fəaliyyət
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin
ki, "Könüllü fəaliyyət haqqında" Azərbaycan
Respublikası Qanununun 6.0.10-cu maddəsində "müvafiq
icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə
tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 29 iyul.- S. 2.