Bəzi komissiyalar
və işçi qruplarının
tərkibində dəyişikliklər və
əlavələr edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. "Azərbaycan
Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində
İşçi Qrupunun yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli 394
nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 9, maddə
712; 2005-ci il, ¹ 4, maddə 300, ¹ 6, maddə 494; 2007-ci il, ¹ 10,
maddə 1009) 1-ci bəndində "Mikayıl Cabbarov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri
"Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi
inkişaf nazirinin müavini" sözləri ilə,
"Sabir İlyasov - "Azərbaycan Hava Yolları"
Dövlət Konserni baş direktorunun birinci müavini"
sözləri "Sabir İlyasov - "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci
vitse-prezidenti" sözləri ilə, "Sənan Kərimov
- Azərbaycan Respublikası səhiyyə nazirinin
müavini" sözləri "Abbas Vəlibəyov - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini" sözləri
ilə əvəz edilsin;
2. "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan
Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
¹ 8, maddə 770; 2007-ci il, ¹ 11, maddə 1134) 1-ci bəndində
"Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi
inkişaf nazirinin müavini" sözləri "Sevinc Həsənova
- Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin
müavini" sözləri ilə əvəz edilsin və
"İntiqam Babayev - Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini" sözlərindən sonra
"Polad Bülbüloğlu - Azərbaycan
Respublikasının Rusiya Federasiyasında fövqəladə
və səlahiyyətli səfiri" sözləri əlavə
edilsin;
3. "Azərbaycan
Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql
edilməsi məsələlərinin işlənib
hazırlanması ilə əlaqədar bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il
14 sentyabr tarixli 1000 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 9, maddə
820) 1-ci bəndində "Natiq Əliyev - Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti"
sözləri "Rövnəq Abdullayev - Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti"
sözləri ilə, "Samir Şərifov - Azərbaycan
Respublikası Dövlət Neft Fondunun icraçı
direktoru" sözləri "Şahmar Mövsümov - Azərbaycan
Respublikası Dövlət Neft Fondunun icraçı
direktoru" sözləri ilə, "Mikayıl Cabbarov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri
"Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi
inkişaf nazirinin müavini" sözləri ilə,
"Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini"
sözləri "Səfər Mehdiyev - Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini" sözləri ilə, "Valeh Ələsgərov
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
Xarici Sərmayələr İdarəsinin rəisi"
sözləri "Vaqif Əliyev - Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin
rəisi" sözləri ilə əvəz edilsin;
4. "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə hökumətlərarası
Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹ 8, maddə 723) 1-ci bəndində "Mikayıl Cabbarov -
Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin
müavini" sözləri "Niyazi Səfərov - Azərbaycan
Respublikasının iqtisadi inkişaf nazirinin müavini"
sözləri ilə, "Kamal İsmayılzadə - Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının
regionlararası iqtisadi əlaqələr şöbəsinin
müdiri" (məsul katib) sözləri "Kamal
İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr
şöbəsinin müdiri (məsul katib)" sözləri
ilə əvəz edilsin;
5. "Azərbaycan
Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə Hökumət
Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust
tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə
725) 1-ci bəndində "Mikayıl Cabbarov - Azərbaycan
Respublikasının iqtisadi inkişaf nazirinin müavini"
sözləri "Niyazi Səfərov - Azərbaycan
Respublikasının iqtisadi inkişaf nazirinin müavini"
sözləri ilə, "Kamal İsmayılzadə - Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının
regionlararası iqtisadi əlaqələr şöbəsinin
müdiri" (məsul katib) sözləri "Kamal
İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr
şöbəsinin müdiri (məsul katib)" sözləri
ilə əvəz edilsin;
6. "Azərbaycan
Respublikası və İtaliya Respublikası arasında iqtisadi
əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹9, maddə 782; 2009-cu il, ¹ 1, maddə 17) 1-ci bəndində
"Mikayıl Cabbarov - Azərbaycan Respublikasının
iqtisadi inkişaf nazirinin müavini" sözləri
"Niyazi Səfərov - Azərbaycan Respublikasının
iqtisadi inkişaf nazirinin müavini" sözləri ilə,
"Sənan Kərimov - Azərbaycan Respublikasının səhiyyə
nazirinin müavini" sözləri "Nigar Əliyeva - Azərbaycan
Respublikasının səhiyyə nazirinin müavini"
sözləri ilə əvəz edilsin;
7. "Azərbaycan-Fransa
İqtisadi Komissiyasının Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1699
nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə
800; 2009-cu il, ¹ 1, maddə 17) 1-ci bəndində "Mikayıl
Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin
müavini" sözləri "Niyazi Səfərov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri
ilə, "Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə
nazirinin müavini" sözləri "Nigar Əliyeva - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini" sözləri
ilə, "Aftandil Babayev - Azərbaycan Respublikası Milli
Bankının İdarə Heyəti sədrinin müavini"
sözləri "Aftandil Babayev - Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini" sözləri ilə əvəz
edilsin;
8. "Azərbaycan
Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq
üzrə Hökumət Komissiyasının yeni tərkibinin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724
nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 10, maddə
865) 1-ci bəndində "Mikayıl Cabbarov - Azərbaycan
Respublikasının iqtisadi inkişaf nazirinin müavini"
sözləri "Niyazi Səfərov - Azərbaycan
Respublikasının iqtisadi inkişaf nazirinin müavini"
sözləri ilə, "Sənan Kərimov - Azərbaycan
Respublikasının səhiyyə nazirinin müavini"
sözləri "Nigar Əliyeva - Azərbaycan
Respublikasının səhiyyə nazirinin müavini"
sözləri ilə, "Kamal İsmayılzadə - Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının
regionlararası iqtisadi əlaqələr şöbəsinin
müdiri" (məsul katib) sözləri "Kamal
İsmayılzadə - "Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr
şöbəsinin müdiri (məsul katib)" sözləri
ilə əvəz edilsin;
9. "Azərbaycan
Respublikası Hökuməti ilə Yunanıstan Respublikası
Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə
əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 6 mart tarixli 2015 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
¹ 3, maddə 247; 2008-ci il, ¹ 11, maddə 1030) 1-ci bəndində
"Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə
nazirinin müavini" sözləri "Nigar Əliyeva - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini" sözləri
ilə, "Vadim Xubanov - Azərbaycan Respublikası Milli
Bankının İdarə Heyəti sədrinin müavini"
sözləri "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini" sözləri ilə əvəz
edilsin və "Xələf Xələfov - Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini" sözlərindən
sonra "Sevinc Həsənova - Azərbaycan Respublikası
iqtisadi inkişaf nazirinin müavini" sözləri əlavə
edilsin;
10. "Azərbaycan
Respublikası ilə Türkmənistan Respublikası
arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə birgə Hökumətlərarası Komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə
650) 1-ci bəndində "Mikayıl Cabbarov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri
"Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi
inkişaf nazirinin müavini" sözləri ilə,
"Vadim Xubanov - Azərbaycan Respublikası Milli
Bankının İdarə Heyəti sədrinin müavini"
sözləri "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini" sözləri ilə əvəz
edilsin;
11. "Azərbaycan
Respublikası Hökuməti və Mərakeş
Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
¹ 9, maddə 914) 1-ci bəndində "Mikayıl Cabbarov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri
"Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi
inkişaf nazirinin müavini" sözləri ilə, "Sənan
Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin
müavini" sözləri "Nigar Əliyeva - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini" sözləri
ilə, "Vadim Xubanov - Azərbaycan Respublikası Milli
Bankının İdarə Heyəti sədrinin müavini"
sözləri "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini" sözləri ilə əvəz
edilsin;
12. "Azərbaycan
Respublikası ilə Bolqarıstan Respublikası arasında
ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq
üzrə Müştərək Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹ 3, maddə 203) 1-ci bəndində "Mikayıl Cabbarov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri
"Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi
inkişaf nazirinin müavini" sözləri ilə, "Sənan
Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin
müavini" sözləri "Nigar Əliyeva - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini" sözləri
ilə, "Vadim Xubanov - Azərbaycan Respublikası Milli
Bankının İdarə Heyəti sədrinin müavini"
sözləri "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini" sözləri ilə əvəz
edilsin;
13. "Birləşmiş
Millətlər Təşkilatının "İqtisadi,
sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq
Paktına uyğun olaraq Azərbaycan Respublikasının qəbul
etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə
bağlı üçüncü dövri məruzənin
hazırlanması və təqdim olunması barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 fevral tarixli
157 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 2, maddə
115) 1-ci bəndində "Mikayıl Cabbarov - Azərbaycan
Respublikası iqtisadi inkişaf nazirinin müavini" sözləri
"Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi
inkişaf nazirinin müavini" sözləri ilə əvəz
edilsin.
14. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci,
3-cü və 13-cü bəndləri istisna olmaqla, digər bəndlərində
göstərilən dəyişikliklər və əlavələr
barədə aidiyyəti tərəflərə müvafiq
bildirişlər göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 29 iyul.- S. 2.