Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin və Dövlət Gömrük Komitəsi sisteminə işə götürülən digər işçilərin ştat sayı həddinin təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin və Dövlət Gömrük Komitəsi sisteminə işə götürülən digər işçilərin ştat sayının həddi təsdiq edilsin.

2. Müəyyən edilsin ki, bu sərəncamın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində Azərbaycan Respublikası gömrük orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

3. "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin və Dövlət Gömirük Komitəsi sisteminə işə götürülən digər işçilərin ştat sayı həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 noyabr tarixli 1124 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu sərəncam 2009-cu il aprelin 1-dən qüvvəyə minmiş hesab olunsun.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 31 iyul.- S. 1.