2008-ci il
noyabrın 28-də Aşqabad
şəhərində imzalanmış "Bakı
(Azərbaycan Respublikası) və Türkmənbaşı
(Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu -
bərə əlaqələrində yüklərin
daşınmasının təşkili, yük
vaqonlarının və konteynerlərin istismarı,
nömrələr üzrə uçotu və onlardan
istifadəyə görə hesablaşmalar
haqqında Saziş"in
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
1. 2008-ci il noyabrın
28-də Aşqabad şəhərində imzalanmış
"Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı
(Türkmənistan) limanları vasitəsilə beynəlxalq
birbaşa dəmir yolu - bərə əlaqələrində
yüklərin daşınmasının təşkili, yük
vaqonlarının və konteynerlərin istismarı, nömrələr
üzrə uçotu və onlardan istifadəyə görə
hesablaşmalar haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sazişin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Türkmənistan
tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 31 iyul.- S. 1.