T.H.İsmayılova Azərbaycan
Respublikası Prezidentinin fərdi
təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün təsis
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
1. Azərbaycanda kinonun
inkişafında böyük xidmətləri olan Tofiq
Hüseyn oğlu İsmayılova Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 31 iyul.- S. 1.