Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Füzuli rayonunun inzibati ərazi
bölgüsündə aşağıdakı dəyişikliklər
edilsin:
2 №-li Qayıdış
qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi
dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə
mərkəz olmaqla
2 №-li Qayıdış
qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
3 №-li Qayıdış

4 №-li Qayıdış

5 №-li Qayıdış

7 №-li Qayıdış
qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi

8 №-li Qayıdış
qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi
dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə
mərkəz olmaqla 8 ¹-li Qayıdış qəsəbə
inzibati ərazi dairəsi yaradılsın.
9 №-li Qayıdış
qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi
dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə
mərkəz olmaqla
9 №-li Qayıdış
qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
10 №-li Qayıdış

11 №-li Qayıdış

Birinci Haramı və
İkinci Haramı qəsəbə inzibati ərazi dairələri
müvafiq olaraq 1 №-li Qayıdış və 6 №-li
Qayıdış qəsəbə inzibati ərazi dairələri
adlandırılsın.
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 31 iyul.- S. 1.