Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

 

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.

DİA-dan bildirmişlər ki, "Azərbaycan dövlətçiliyinin hüquqi əsasları inzibati islahatlar" adı altında keçirilən kursda müvafiq qurumların, o cümlədən nazirlik, komitə idarələrin rəhbər işçiləri iştirak etmişlər.

Kursda aparılmış tədrisin əsas məqsədi Azərbaycan dövlətçiliyinin hüquqi əsasları inzibati islahatlarla bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə bu sahədə yeni biliklərin verilməsi olmuşdur.

Kursda tematik plan üzrə Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasında hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, ölkədə seçki hüququ seçki prosesi, məhkəmə hakimiyyəti digər məsələlər əhatə olunmuşdur.

Kursda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, tanınmış alim-mütəxəssislər müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

Buraxılış mərasimində DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov kursu bitirənləri təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Kursu bitirənlərə sertifikatlar təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 iyun.-S.3.