Prezident İlham Əliyev Nəriman Nərimanov prospektindəki parkın, Nərimanovun abidəsinin əsaslı təmir yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Bakının Nəriman Nərimanov prospektindəki parkın, Nərimanovun abidəsinin əsaslı təmir yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin Bakı şəhərində parkların xiyabanların əsaslı surətdə bərpa olunması ilə bağlı tapşırıqlarına əsasən paytaxtımızda daha bir park - Nəriman Nərimanov prospektindəki park da müasir standartlara uyğun yenidən qurularaq istifadəyə verilmişdir. Baxımsızlıq üzündən tamamilə yararsız vəziyyətə düşən bu parkda əvvəllər əhalinin istirahəti üçün demək olar ki, heç bir şərait yox idi. Oturacaqlar sınıb-dağılmış, yaşıllıq zolaqları korlanmış, beton örtüyü üzlük plitələr dağılmışdı. 1972-ci ildə salınan bu parkda o vaxtdan bəri bərpa yenidənqurma işləri aparılmamışdı. Nəriman Nərimanovun elə həmin il ucaldılmış abidəsinin postamenti keyfiyyətini tamamilə itirmişdi.

Dövlətimizin başçısının tapşırıqlarına əsasən 2008-ci ilin iyulunda parkın əsaslı bərpa yenidən qurulması işlərinə başlanılmışdır. Qısa vaxt ərzində həyata keçirilən yenidənqurma bərpa işləri nəticəsində parkın siması bütünlüklə dəyişmiş, müasir standartlara uyğun şəkildə qurulan bu istirahət guşəsi yenidən sakinlərin istifadəsinə verilmişdir.

Prezident İlham Əliyev parkın əsaslı bərpa yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, bərpa yenidənqurma işləri nəticəsində bu park ən müasir standartlara uyğunlaşdırılıb. Parkın beton örtüyü köhnə üzlük plitələr yeniləri ilə əvəz olunub, yaşıllıq zolaqları təzədən salınıb, müasir oturacaqlar quraşdırılıb, əkilmiş ağac gül kolları parka xüsusi yaraşıq verir.

Parkda quraşdırılmış avtomatlaşdırılmış sistem yaşıllıqların davamlı olaraq suvarılmasına xidmət edəcəkdir. Nəriman Nərimanovun abidəsinin postamentinə yeni qranit üzlük çəkilmişdir. Abidənin özü isə tam bərpa olunmuşdur. Burada parka xüsusi yaraşıq verən müasir fəvvarə inşa edilmişdir. Parkın işıqlandırma sistemi təzələnmiş, işıq dirəkləri dəyişdirilmiş, yeni keyfiyyətli lampalar quraşdırılmışdır. İndi bu lampalar gecələr ətrafı çıraqban edir. Parkın yaxınlığındakı binalarda da təmir yenidənqurma işlərinin aparıldığı bildirilmişdir.

Dövlətimizin başçısı görülən işlərlə yaxından tanış olduqdan sonra parkın ətrafındakı binaların, o cümlədən yaşıllıqların hazırkı vəziyyəti ilə maraqlandı. Prezident İlham Əliyev parkın ətrafındakı binaların yaşıllıqların bərpası yenidən qurulması ilə bağlı da layihə hazırlamağı tapşırdı bununla əlaqədar müvafiq tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 iyun.-S.1.