Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın xarici işlər naziri Valid əl-Muallemin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də
Suriya Ərəb Respublikasının xarici işlər naziri
Valid əl-Muallemin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı
Suriyanın xarici işlər naziri Valid əl-Muallemin
başçılıq etdiyi
nümayəndə heyətinin
ölkəmizə səfərini
və Bakıda keçirdiyi uğurlu görüşlərini əlaqələrimizin
yaxşı göstəricisi
kimi qiymətləndirdi.
Bu yaxınlarda Azərbaycanın Suriyada səfirliyinin açıldığını
deyən Prezident İlham Əliyev bunu əlaqələrimizin
inkişafı istiqamətində
vacib amillərdən biri hesab etdi.
Dövlətimizin başçısı
ümidvar olduğunu bildirdi ki, Suriyanın
xarici işlər naziri Valid əl-Muallemin başçılıq
etdiyi nümayəndə
heyətinin ölkəmizə
bu səfəri əlaqələrimizin genişlənməsi
işinə öz töhfəsini verəcəkdir.
Xarici işlər
naziri Valid əl-Muallem Suriya Prezidenti Bəşşar əl-Əsədin salamlarını
və ən xoş arzularını dövlətimizin başçısına
çatdırdı. Valid
əl-Muallem ölkəmizə ilk dəfə 2006-cı ildə səfər etdiyini, ötən dövr ərzində Bakıda çox böyük inkişaf proseslərinin getdiyinin şahidi olduğunu dedi və əldə olunan yüksək nailiyyətlər münasibətilə
Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı
Suriya Prezidenti Bəşşar əl-Əsədin salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Suriyanın dövlət başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2009.- 4 iyun.-S.1.