Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Nikola Sarkoziyə

 

Hörmətli cənab Prezident!

"Air France" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxın adamlarına, bütün Fransa xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 iyun 2009-cu il

 

Azərbaycan.-2009.-4 iyun.-S.1.