Braziliya Federativ
Respublikasının Prezidenti
zati-aliləri cənab Luis İnasiu Lula Da Silvaya
Hörmətli cənab Prezident!
A330-200 sərnişin
təyyarəsinin qəzaya
uğraması nəticəsində
həmvətənlərinizin həlak olması xəbərini kədər
hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 iyun
2009-cu il
Azərbaycan.-2009.-4 iyun.-S.1.