Azərbaycan ilə Suriya arasında əlaqələrin
hərtərəfli inkişafı
üçün bütün
imkanlardan istifadə edilməlidir
Azərbaycanda səfərdə olan Suriyanın xarici işlər naziri Valid əl-Muallem iyunun 3-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
Milli Məclisin Sədri ölkələrimiz
arasında mövcud olan dostluq münasibətlərinin
qədim tarixindən danışmış, əlaqələrimizin
inkişafında dövlətlərimizin
başçılarının rolunu yüksək qiymətləndirmişdir. O.Əsədov ikitərəfli
münasibətlərin daha
da dərinləşməsində
parlamentlərin rolunu xüsusi qeyd etmiş, beynəlxalq təşkilatlarda vacib məsələlərin müzakirəsi
zamanı deputatlarımızın
eyni mövqedən çıxış etmələrinin
zəruriliyini vurğulamışdır.
Milli Məclisin
Sədri Cənubi Qafqaz bölgəsindəki
vəziyyətdən danışmış,
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq
hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həll edilməsinin mümkünlüyünü vurğulamış,
problemin nizamlanması
ilə bağlı Azərbaycanın ədalətli
mövqeyi barədə
ətraflı məlumat
vermişdir.
Mayın sonunda
İKT Xarici İşlər
Nazirləri Şurasının
Dəməşqdə keçirilmiş
konfransının yüksək
səviyyədə təşkil
olunduğunu vurğulayan
O.Əsədov Dağlıq
Qarabağ münaqişəsinin
ədalətli həllində
və Azərbaycanın
ərazi bütövlüyünün
bərpa olunmasında Suriyanın rolunu artıracağına
ümid bəslədiyini
bildirmişdir.
Nazir Valid əl-Muallem Azərbaycanda olmasından
məmnunluğunu ifadə
edərək Suriya parlamentinin sədrinin salamlarını Oqtay Əsədova çatdırmışdır.
Bakıda gedən uğurlu inkişafın onda dərin təəssürat yaratdığını
bildirən qonaq ölkələrimiz arasında
münasibətlərin tarixi
köklərə söykəndiyini
vurğulamışdır.
Suriyalı nazir ölkələrimiz arasında
əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsinin,
müxtəlif səfərlərin
həyata keçirilməsinin
vacibliyini qeyd etmişdir.
Sonra görüşdə
ölkələrimiz arasında
iqtisadi, enerji, mədəniyyət, humanitar
sahələrdə əlaqələrin
genişləndirilməsi üçün
mövcud imkanlardan istifadə edilməsinin məqsədəuyğunluğu qeyd olunmuş, qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-4 iyun.-S.2.