MDB müdafiə nazirləri Moskvada toplaşmışlar

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB-nin üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının (MDB MNŞ) iyunun 3-də Rusiya paytaxtında keçirilmiş növbəti 56-cı iclasında iştirak etmişdir.

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev iclasın açılışında bildirmişdir ki, tədbirdə 20-dən çox məsələnin, o cümlədən 2015-ci ilədək hərbi əməkdaşlığa dair konsepsiyanın, 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illiyinin bayram edilməsinə hazırlıq yeni əməkdaşlıq formalarına dair məsələlərin müzakirə edilməsi nəzərdə tutulmuşdur. O qeyd etmişdir ki, təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək vacibdir. "Yaxın gələcəkdə əməkdaşlığın iqtisadi, uçuşların informasiyanın təhlükəsizliyinə doğru genişlənəcəyi imkanları böyükdür".

İclasın gündəliyinə hərbi strukturların müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyəti ilə əlaqədar məsələlər daxil edilmişdir. 2010-cu il üçün Birlik dövlətlərinin hərbi qüvvələrinin birgə tədbirlər planı təsdiq ediləcəkdir. Müdafiə Nazirləri Şurasının üzvləri, həmçinin birgə (birləşdirilmiş) rabitə sisteminin yaradılmasının ikinci mərhələsinin müddətləri bununla əlaqədar tədbirləri konkretləşdirəcək, bu sistemə daxil ediləcək obyektləri təsdiq edəcəklər. Bundan əlavə, hərbi təyinatlı vahid geoinformasiya sisteminin yaradılması planının yerinə yetirilməsi gedişinin müzakirə olunması, metroloji xidmətlərin informasiya təminatı barədə Əsasnamənin təsdiq edilməsi, birgə metroloji təminat sisteminin texniki normativ-metodiki bazasından istifadə olunması hərbi-elmi işləmələr barədə qərar qəbul edilməsi planlaşdırılmışdır.

Müdafiə nazirləri silahlı qüvvələrdə uçuşların təhlükəsizliyinin vəziyyətini təhlil edəcək, MDB ölkələrində hərbi təyinatlı aviasiya texnikasının etibarlılığının uçuşların təhlükəsizliyinin təminatına dair vahid informasiya-analitik sistemin fəaliyyətini təmin edən tətbiqi proqramların yaradılması haqqında qərar qəbul edəcəklər. İclasda, habelə HHQ qoşunlarının "Döyüş Birliyi-2009" adlı döyüş güllə atıcılığından istifadə edilməklə birgə təlimlərin keçirilməsi ideyasının təsdiq olunması, təmir, ehtiyat hissələrlə təchizat, silahların hərbi texnikanın modernləşdirilməsi, mövcud silahların hərbi texnikanın ehtiyat hissələrə olan tələbatı haqqında informasiya mübadiləsinin qaydasının müəyyənləşdirilməsi məsələləri üzrə əlaqələndirmə mərkəzinin yaradılması haqqında qərar qəbul edilməsi planlaşdırılmışdır.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2009.-4 iyun.-S.2.