Sankt-Peterburq şəhərinin "Pulkovo-1" hava limanında qarşılanma
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Rusiya Federasiyasına işgüzar səfərə gəlmişdir.
Dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin "Pulkovo-1" hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.
AzərTAc
Azərbaycan.-2009.-5 iyun.-S.1.