Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü
İyunun 4-də Sankt-Peterburqda, "Konstantinovski"
sarayında Azərbaycan
Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur.
Rusiya Federasiyasının
Prezidenti Dmitri MEDVEDEV Azərbaycan dövlətinin
başçısına müraciətlə
dedi:
- Hörmətli
İlham Heydər oğlu, Sizi Peterburq şəhərində
salamlamaq istəyirəm.
Bu gün hava ilə razılığa
gələ bilməsək
də, mənim üçün çox xoşdur ki, Siz gəlmisiniz.
İndi bizim üçün işin gərgin vaxtıdır: forum keçirilir və bu bizə
görüşmək, ikitərəfli
münasibətlərimizi müzakirə
etmək, regional problemlər haqqında danışmaq üçün
əlavə imkanlar verir. Bu gün bizim
hamını narahat edən - dünyada baş verən maliyyə və iqtisadi böhranın nəticələri, ölkələrimiz
üçün çox
aktual olan enerji təhlükəsizliyi
məsələsi ilə
bağlı müzakirə
edəcəyimiz çoxlu
mühüm mövzular,
birgə maraqlı layihələr vardır. Biz fikirləşməliyik ki, son dövrdə
əldə etdiyimiz əmtəə dövriyyəsinin
səviyyəsi dünya
iqtisadi konyunkturasında
baş verən dəyişikliklərə uyğun
olaraq əhəmiyyətli
dərəcədə enməsin,
bir növ bizim ikitərəfli fəaliyyətimizdən asılı
olsun.
Mən əlbəttə,
ikitərəfli humanitar
layihələri çox
vacib hesab edirəm. Siz bu məsələlərə,
o cümlədən rus dili ilə
bağlı layihələrə
böyük diqqət
yetirirsiniz. Biz bunu qiymətləndiririk, buna görə Sizə minnətdarıq. Əlbəttə, digər
ideyalar da vardır. Xoş gəlmisiniz. Sizi Peterburqda görməyimə
çox şadam.
Azərbaycan Prezidenti İlham ƏLİYEV təşəkkür
edərək dedi:
- Çox sağ olun, Dmitri Anatolyeviç. Dəvətə görə təşəkkür edirəm. Sizinlə görüşmək və çox geniş gündəlik üzrə diskussiyalarımızı davam etdirmək üçün yeni imkan əldə etdiyimə görə çox şadam.
Bizim görüşlərimiz kifayət qədər müntəzəm, intensiv xarakter daşıyır və bu, ölkələrimiz arasında münasibətlərin inkişaf səviyyəsini əks etdirir. Biz çox məmnunuq ki, əlaqələrimiz inkişaf edir və Sizin də qeyd etdiyiniz kimi əlaqələrimiz bir çox istiqamətlərdə - həm siyasi qarşılıqlı fəaliyyət, həm də iqtisadi planda inkişaf edir. Böhrana baxmayaraq, ümid edirəm ki, əmtəə dövriyyəsi çox da güclü zərər çəkməyəcək.
Hesab edirəm ki, humanitar planda bizim münasibətlər nümunəvi ola bilər. Çox iş görülmüşdür, eyni zamanda gələcək üçün çoxlu planlar vardır.
Bizim çox geniş gündəliyimiz və həmişə olduğu kimi, danışıqlar üçün çoxlu mövzu, - regional məsələlər və bizim regionda təhlükəsizlik məsələləri, bu gün xüsusi əhəmiyyət və aktuallıq kəsb edən neft-qaz sahəsində əməkdaşlıq məsələləri, - vardır. Təbiidir ki, bu məsələlərin bir daha müzakirə edilməsi və gələcək inkişafın yollarının yenidən birgə müəyyənləşdirilməsi böyük əhəmiyyətə malikdir. Böhrana baxmayaraq, həm Rusiya, həm də Azərbaycan nümayiş etdirirlər ki, bizim ölkələrimiz inkişaf etməyə, öz ehtiyatları hesabına yaşamağa qadirdirlər, bu da çox vacibdir. Mən əminəm ki, bu əməkdaşlıq gələcəkdə elə bu cür konstruktiv, gözlənilən, dostluq xarakterli olacaqdır. Dəvətə görə bir daha təşəkkür edirəm.
Dmitri Medvedev: Sağ olun.
AzərTAc
Azərbaycan.-2009.-5 iyun.-S.1.