Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü
İyunun 4-də Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın və ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzə (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakovun (Rusiya) iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-5 iyun.-S.1.